DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Nəsimi rayon sakini Susana Şərifova ailəsində baş vermiş problemlərlə bağlı DİN rəhbərliyinə müraciət edib. Rəhbərliyin göstərişi ilə Nəsimi RPİ-nin əməkdaşları S. Şərifovanın müraciətinə çevik reaksiya vermiş, onun problemlərinin həllində lazımi hüquqi köməklik göstərmişlər. S.Şərifova polis-vətəndaş münasibətlərinin bu səviyyədə olmasından razılığını ifadə edir və daxili işlər orqanlarının fəaliyyətindən məmnun qaldığını bildirir.

“Laçın Polisinin Qəhrəmanlıq Salnaməsi” kitabının müəllifi, təqaüddə olan polis zabiti Azər Əliyev göndərdiyi məktubda DİN-in A.N.Heydərov adına Respublika Hospitalında ona göstərilən diqqət və qayğıdan yazır. O, tibbi personalın peşəkarlıq səviyyəsini, ciddi tələbkarlıqlarını, insani davranışlarını yüksək qiymətləndirir. A.Əliyev yaradılmış belə şəraitə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nahid Nəzirov yazır ki, Yaşar Bağırov adlı şəxs ona qarşı dələduzluq edərək 1762 manatını ələ keçirib. Bununla bağlı o, Sabunçu RPİ-yə müraciət edib və İdarənin Təhqiqat şöbəsi tərəfindən araşdırma başlanılıb. İstintaq yekunlaşdıqdan sonra ona dəymiş ziyan tamamilə ödətdirilib. Vətəndaş Nahid Nəzirov üzləşdiyi problemə belə çevik və ədalətli yanaşmasına görə DİN rəhbərliyinə təşəkkür edir, insan hüquq və azadlıqlarını, sabitliyi və asayişi qoruyan həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Ruslan Bağırov ərizəsinə vaxtında baxılıb cavablandırıldığına və yaşadığı rayonun polis idarəsinin əməkdaşlarının məsələ ilə bağlı onunla yenidən əlaqə saxladığını DİN-ə ünvanladığı təşəkkür məktubunda xüsusi vurğulayır. O, vətəndaşlara göstərilən xoş münasibətə və qayğıya görə DİN rəhbərliyinə bir daha təşəkkürünü bildirir, yaradılan şəraitdən, dövlət-vətəndaş münasibətindəki şəffaflıqdan razılığını ifadə edir.

Məlahət Mürsəl qızı Kazımova yazdığı təşəkkür məktubunda ona göstərilən diqqətə və köməyə görə Sabail RPİ-nin əməkdaşlarından razılığını ifadə edir.

Ona dəymiş ziyana görə Aynurə Hüseynova ölkə rəhbərliyinə müraciət edərək məsələnin ədalətli həll olunmasını istəyib. Vətəndaşın üzləşdiyi problemlə əlaqədar olaraq ölkə rəhbərliyi DİN rəhbərliyinə göstəriş verib. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ədalətli şəkildə aparılan araşdırmadan sonra məlum olub ki, A.Hüseynova həqiqətən də zərərçəkmiş şəxsdir. O, dəymiş ziyanın ödətdirilməsini, DİN rəhbərliyinin daim ədalətli qərar qəbul etdiyini, qanunun aliliyi prinsipini hər zaman uca tutduğunu və bu səbəbdən də xalqın etimadını və etibarını qazandığına görə Azərbaycan Polisinin ictimaiyyət arasında böyük nüfuza malik olduğunu təşəkkür məktubunda səmimi hisslərlə qeyd edir.

“Azərbaycan Kazakları Həmyerlilərinin Qərargahı” rəisinin müavini Yesaul Aslan İsmayılov bir müddət öncə Balaxanı qəsəbəsindəki xristian qəbirstanlığında baş vermiş oğurluq hadisəsinin qısa müddət ərzində açıldığına diqqət çəkərək polisin gecə-gündüz insanların hüquq və azadlıqlarını, sağlamlığını, əmlakını etibarlı qoruduğunu, cinayətkarlığa qarşı qətiyyətli mübarizəsi ilə xalqın etibarını qazandığını bildirir və həmkarlarımıza təşəkkür edir.

Sabunçu rayonunun Maştağa qəsəbə sakini, təqaüddə olan polis əməkdaşı Alxan Məmmədov DİN rəhbərliyinə təşəkkür teleqramı göndərib. Bildirilir ki, bu il martın 31-də səhər saatlarında naməlum şəxslər onun bir baş inəyini oğurlamış, ikincini isə oğurlamağa cəhd göstərmişlər. Zərərçəkmiş 14-cü Polis Bölməsinə müraciət etmiş və qısa zaman ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər yaxalanaraq məsuliyyətə cəlb edilmişlər. A.Məmmədov polisin çevikliyinə və peşəkarlıqla həyata keçirilən uğurlu əməliyyata görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir, təqaüddə olan polis əməkdaşı kimi belə xidmətdən qürur duyduğunu diqqətə çatdırır.

Sumqayıt şəhər sakini Arifə Abbasova yazır ki, bu ilin fevralında Faiq Alırzayev adlı şəxs ona qarşı dələduzluq edərək 1200 manatını ələ keçirib. Bununla bağlı o, Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət edib. Müraciəti ilə bağlı DİN–in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən qəbul edilib. Baş idarə rəhbərliyinin göstərişi ilə martın 13-də müraciətə Nərimanov RPİ-nin İstintaq şöbəsində yenidən baxılıb. Cəmi dörd gün ərzində istintaq yekunlaşıb və ona dəymiş ziyan tamamilə ödətdirilib. A.Abbasova ölkəmizdə insanların hüquq və azadlıqlarının, onların mülkiyyətinin qorunması naminə daxili işlər orqanlarının apardıqları qətiyyətli mübarizədən məmnun qaldığını yazır və buna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.