Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in Feysbuk səhifəsinin “Anar Zadeh” adlı izləyicisi yaşadığı Biləsuvar rayonunda torpaq sahəsi ilə əlaqədar yaranmış problemlə bağlı müraciət etmişdi. Vətəndaş növbəti mesajında müraciətinə baxılğına və məsələnin həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq bildirir.

DİN-in İnstagram səhifəsinin “azzzz.ov” adlı izləyicisi səhifə vasitəsilə üzləşdiyi dələduzluq faktı ilə əlaqədar etdiyi müraciətə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.

Zaqatala rayon sakini Anar Barxalov , DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə düzgün baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Zaqatala RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Şəfaqət Mehtiyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhər sakinlərinə göstərdikləri maddi və mənəvi dəstəyə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Şəki Qarabağ qaziləri- Rafael Abdullayev, Natiq İsrafilov, Rəhman Mustafayev, Əsəd Əsədullayev və digərləri cinayətkarlığa qarşı aparılan mübarizəyə, təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir, eləcə də Şəki ŞRPŞ əməkdaşlarının rayon ərazisindəki xidmətlərinə görə, onlardan razılıqlarını bildirirlər.

Bakı şəhər sakini Mahir Əliyev “Facebook” sosial şəbəkəsində öz hesabında paylaşdığı videomüraciətlə əlaqədar Daxili İşlər Nazirliyindən onunla əlaqə saxlanıldığını qeyd edir. Yenidən öz hesabında videomüraciət paylaşan M.Əliyev onunla əlaqə saxlanılmasına, göstərilən xoş münasibətə, müraciətinə həssas yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Goranboy rayon Yuxarı Ballı Qaya kənd sakini Tacir Haciyev DİN-ə ünvanladığı məktubunda vətəndaşlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarına minətdarlığını bildirir.

Lənkəran şəhər sakini Turab Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və vətəndaşlara qarşı sərgilədikləri yüksək mədəni davranışa görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Biləsuvar rayonunun Xırmandalı kənd sakini Xanım Həsənova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reksiya verilməsinə, məsələnin obyektiv araşdırılmasına və müsbət həllini tapmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.