Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Xıdır Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və probleminin aradan qaldırılmasında  göstərilən köməkliyə görə Yasamal RPİ-nin Yol Polisi Şöbəsinin şəxsi heyətinə təşəkkür edir.

Sosial şəbəkə izləyicisi Fidan Muradlı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin  şəxsi heyətinə təşəkkür edir.

Suraxanı rayon sakini Elnur Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq hadisəsi barədə Nəsimi Rayon Polis İdarəsinə etdiyi müraciətə çevik reaksiya verildiyini, ona dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Nigar Məmmədzadə DİN-in “İnstagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq əqli qüsurlu vətəndaşa həssas yanaşaraq ona köməklik göstərən polis əməkdaşının timsalında bütün Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Pərvin Abışova və Bakı şəhər sakini Xaliq İsrafilov üzləşdikləri problemlə bağlı müraciətlərinə həssaslıqla yanaşılaraq, həlli istiqamətində peşəkarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlıqlarını bildirirlər.

Sosial şəbəkə istifadəçisi Aytən Babayeva aliment borcunu ödəməkdən yayınan keçmiş həyat yoldaşının tez bir zamanda tapılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Asiman Quliyev müraciətinə operativ baxılaraq, obyektiv araşdırma aparılmasına və probleminin müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Hüquqşünas Qurban Məmmədli Babək rayonunun Cəhri qəsəbəsi sakinlərinin qarşılaşdıqları hüquqpozma ilə bağlı canlı yayım vasitəsilə etdiyi müraciətinə operativ reaksiya verilərək qısa müddət ərzində araşdırmalara başlanılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Zümrüd Eyvazova məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, polisin səlahiyyətinə aid olmayan məsələ olsa da, Səbail Rayon Polis İdarəsi tərəfindən müvafiq köməklik göstərilərək qısa müddətdə probleminin müsbət həll olunduğunu qeyd edir. 
Z.Eyvazova vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və  Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.