Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.12.2019 - Bakı şəhər sakini Nailə Zeynalova DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Bakı şəhər sakini Nailə Zeynalova DİN rəhbərliyinə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq itirdiyi zinət əşyasının tapılaraq ona təhvil verilməsində göstərdikləri köməyə görə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara gərgin və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyir.
02.12.2019 - Bakı şəhər sakini Natiq Ağayev evində baş vermiş oğurluq hadisəsinin üstünün...
Bakı şəhər sakini Natiq Ağayev evində baş vermiş oğurluq hadisəsinin üstünün operativ şəkildə açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının fəaliyyətini təqdir edir və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını yazır.
02.12.2019 - Masallı Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Tofiq Şahmarov DİN...
Masallı Rayon Polis Şöbəsinin Veteranlar Şurasının sədri Tofiq Şahmarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda daxili işlər orqanlarında kadr islahatı sahəsində görülən müsbət işlərə, peşəkar kadrların irəli vəzifələrə təyin olunmasına görə minnətdarlığını bildirir.
02.12.2019 - Astara şəhər sakini Hüseynağa Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Hüseynağa Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə bağlı ona köməklik göstərilməsinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
02.12.2019 - Kürdəmir rayon sakini İbadulla Hacıyev müraciətinin müsbət həll olunmasında...
Kürdəmir rayon sakini İbadulla Hacıyev müraciətinin müsbət həll olunmasında və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Kürdəmir RPŞ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.
02.12.2019 - İmişli rayonunun Yalavac kəndində yaşayan Tacivan Zeynalov müraciətinə...
İmişli rayonunun Yalavac kəndində yaşayan Tacivan Zeynalov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.
02.12.2019 - Sabirabad rayon sakini R.Babayeva, Göyçay rayon sakini G.İsgəndərova,...
Sabirabad rayon sakini R.Babayeva, Göyçay rayon sakini G.İsgəndərova, Ağcabədi rayon sakini S.Qasımovanın DİN rəhbərliyinə göndərdikləri təşəkkür məktublarında müraciətlərinin müsbət həll olunduğu üçün İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
28.11.2019 - Neftçala şəhər sakini, “QHT Oriyad” İctimai-Xeyriyyə təşkilatının sədr...
Neftçala şəhər sakini, “QHT Oriyad” İctimai-Xeyriyyə təşkilatının sədr müavini Hüseyn Cavadov DİN rəhbərliyinə 15 nəfər həmyerlisinin imzası ilə təşəkkür məktubu ünvanlayıb. Məktubda Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Neftçala rayonunda brokonyerliyə qarşı ciddi mübarizə tədbirləri gördüyü vurğulanır və polislərin bu alqışa layiq hərəkəti minnətdarlıqla qeyd edilir.
25.11.2019 - Bakı şəhərində yaşayan Necati Elamana müraciətinə həssaslıqla yanaşılmasına,...
Bakı şəhərində yaşayan Necati Elamana müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Baş Cinayət Axtarışı və Xətai Rayon Polis İdarələrinin əməkdaşlarına təşəkkürünü bildirir.