DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay sakini Şahbaz Vahabov DİN-ə ünvanladığı təşəkkür məktubunda İsmayıllı rayonu ərazisində xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının sürücülərlə xoş rəftarından və nəzakətli davranışından minnətdarlıq hissi ilə bəhs edir.

130 saylı orta məktəbin direktoru Ağasəid Orucov yazır ki, Nardaranın ictimai həyatında baş verən bir çox neqativ hadisələr təhsil sahəsində də öz təsirini göstərmişdi. Şagirdlərin, xüsusən qızların dərsə davamiyyəti, şagirdlər arasında nizam-intizam qaydalarının pozulması hallarının baş verməsi bir növ adi hala çevrilmişdi. Qəsəbədə 42-ci Polis Bölməsinin yaradılması bütün qeyd olunan halları aradan qaldırmış, həmçinin uşaqların təhsilə cəlb edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Göyçay Kərpic-San LTD MMM-nin baş direktoru Talha Alim ünvanladığı şikayət məktubuna aidiyyatı üzrə baxıldığına, şikayətinin təmin edildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Goranboy sakini Məhəmməd İbrahimov təşəkkür məktubunda ölkəmizdə yaradılan sabitliyə, əmin-amanlığa görə Azərbaycan Polisinə təşəkkür edir, bu çətin və şərəfli peşə sahiblərinin dövlətimizin, dövlətçiliyimizin inkişafı naminə göstərdikləri fədakarlıqları yüksək qiymətləndirdiyini yazır.

Bakı şəhər sakini İradə Adıgözəlova Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin əməkdaşlarından razılığını bildirir, üzləşdiyi problemə belə çevik və ədalətli yanaşmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Nurəddin Qasımov evindən 55.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı Xəzər RPİ-yə etdiyi müraciətdən sonra polis tərəfindən çevik araşdırılma aparıldığını və qısa zaman kəsiyində oğruların tutulduğunu DİN-ə ünvanladığı təşəkkür məktubunda qeyd edir.

Göyçay rayon sakini Elgün Kazımov “Kamaz” markalı avtomobili ilə törətdiyi avtoqəzanın nəticələrinin düzgün və obyektiv araşdırılması, avtomobilinin özünə qaytarılması üçün DİN-ə müraciət etdiyini və aparılan araşdırmadan sonra onun haqlı olmasının üzə çıxdığına görə məmnunluğunu ifadə edir.

Mingəçevir şəhər sakini Zəfər Cəfərov pulunun dələduzluq yolu ilə ələ keçirilməsi barədə Şəhər Polis Şöbəsinə etdiyi müraciətdən sonra, şikayətinin tez bir vaxtda araşdırıldığını və ona dəymiş ziyanın ödətdirilməsinə əməkdaşların böyük qayğı ilə yanaşdıqlarını məktubunda səmimi hisslərlə qeyd edir.

Bakı şəhər sakini Sona Hüseynova göndərdiyi teleqramda bildirir ki, aprelin 16-da içərisində 1600 manat və pensiya kartı olan pul kisəsini itirməsi ilə bağlı Xətai RPİ-nin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edib. Müraciətindən heç bir gün keçməmiş pul kisəsi polis leytenantı Pərvin Məmmədov tərəfindən tapılaraq vətəndaşa qaytarılıb. S.Hüseynova göstərilən belə çevik reaksiyaya, diqqət və qayğıya görə polisə öz dərin təşəkkürünü bildirir.