Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini İlham Nəcəfov etdiyi müracitə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Rusiya Federassiyası vətəndaşı Nataliya Ojerelyeva adlı istifadəçi DİN-in “İnstagram” səhifəsi üzərindən etdiyi müraciətə operativ reaksiya verildiyi və məsələnin müsbət həll olunduğu üçün DİO əməkdaşlarına təşəkkürünü bildirir.

Göranboy rayon sakini Əliağa Əsədov DİN-ə ünvanladığı məktubunda Xocalı RPŞ tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunduğu üçün minnətdarlığını bildirir.

Bakı şəhər sakini Murad Nağıyev "Mamam Chocolate anad Bakery" MMC-nin kollektivi adından DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Rusiya Federassiyasında yaşayan, DİN-in “İnstagram” səhifəsinin “_murad_avarec” adlı istifadəçi etdiyi müraciətə operativ reaksiya verildiyi və məsələnin müsbət həll olunduğu üçün DİO əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Hüseyn Cəbrayılov xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi Elnarə Yavərova səhifə vasitəsilə aliment borcu ilə bağlı axtarış qərarının icrası ilə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və şikayətinin təmin edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin şəxsi heyətinə minnətdarlıq edir.

Bakı şəhər sakini Rafiq Əsgərov müraciətinə operativ baxıldığına, araşdırma aparılaraq müvafiq tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Şəki rayon sakini, şəhid atası Amiraslan Sadıqov etdiyi müraciətin müsbət yöndə həll olunmasına, həmçinin şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə, DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.