Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zaur Səlimov baş vermiş oğurluq hadisəsi ilə bağlı şikayətinə operativ baxılaraq əşyasının tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ziya Əlizadə şikayətinə operativ baxılaraq onu narahat edən məsələnin tez bir zamanda qanun çərçivəsində həllini tapmasında göstərilən köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir.

Lerik rayon sakini Kəramət Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda mobil telefonunun itməsilə bağlı etdiyi müraciətə operativ baxılmasına və  telefonunun tez bir zamanda tapılmasında göstərilən köməkliyə görə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin  şəxsi heyətinə təşəkkür edir.

Tovuz rayon sakini Şirzad Məlikov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə  təşəkkür edir.

Sosial şəbəkə izləyicisi Nəsimi Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə həssas yanaşılmasına, operativ baxılaraq probleminin qısa müddətdə aradan qaldırılmasında göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəhman Şəmilzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət edildiyini, qəbul edilərək müvafiq araşdırmalara başlanıldığını qeyd edir. 
R.Şəmilzadə müraciətinə operativ baxılmasına, göstərilən diqqətə və obyektivliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir. 

Vətəndaş Ziya Əliyev “Facebook” sosial şəbəkə hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, müraciəti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparıldığını və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu bildirir. 
Z.Əliyev müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir. 

Sabirabad rayon sakini Haxverdi Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə, eləcə də şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Zərdab rayon sakini Məhəddin Məmmədli üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırıldığına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.