Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakini Aybəniz Nəsirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyası dövründə sərgilədikləri fədakar əməyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını bildirir.

Cəlilabad rayonunun Güneyli kənd sakini Yaşar Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə verilən çevik reaksiyaya və məsələnin müsbət həllini tapmasına görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Səməd Baxşıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara və oğlunun keçirilən şəffaf seçimlər nəticəsində Daxili işlər orqanlarına xidmətə qəbul olunmasına görə minnətdarlığını ifadə edir.

Cəlilabad rayonunun Babalı kənd sakini Röya Novruzova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinə görə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Fikrət Seyfullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayonda yaşayan şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya, sərgilənən dəstəyə görə öz minnətdarlığını ifadə edir.

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Sədail Babayev DİN rəhərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən dəstəyə və diqqətə görə minnətdarlığını bildirir.

Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Rasim Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdə polis əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir və öz razılığını ifadə edir.

Zərdab rayon sakini Seymur Məmmədov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Zərdab RPŞ-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Ağdam rayon sakini Nəbi Cəfərov cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Ağdam RPŞ-in rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.