Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.02.2021 - Cəlilabad rayon sakinləri Təhmasib Nuriyev və Röya Novruzova məktublarında...
Cəlilabad rayon sakinləri Təhmasib Nuriyev və Röya Novruzova məktublarında Daxili İşlər Nazirliyinə ünvanladıqları müraciətə operativ reaksiya verildiyini, Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində köməklik göstərildiyini qeyd edərək DİN rəhbərliyinə və Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
30.01.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Sahil Məmmədov tanışı tərəfindən...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Sahil Məmmədov tanışı tərəfindən 6000 manat pulunun ələ keçirilməsi ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətə operativ reaksiya verilərək baxıldığına və müsbət həll edilməsinə görə minnətdarlığını bildirir.
30.01.2021 - Bakı şəhər sakini Rasim Məmmədov etdiyi müraciətin operativ və obyektiv...
Bakı şəhər sakini Rasim Məmmədov etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.01.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Əhliman Babayev səhifə vasitəsilə...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Əhliman Babayev səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
30.01.2021 - Bakı şəhər sakini Eltac Niftəliyev ona tərtib edilmiş protokolun...
Bakı şəhər sakini Eltac Niftəliyev ona tərtib edilmiş protokolun araşdırılması ilə əlaqədar DİN rəhbərliyinə etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə araşdırılaraq müsbət həll olunduğuna görə təşəkkürünü bildirir.
30.01.2021 - Vətəndaş Rəşad Axundovun “Avtosfer.az” saytının redaksiyasına göndərdiyi...
Vətəndaş Rəşad Axundovun “Avtosfer.az” saytının redaksiyasına göndərdiyi məqaləni təqdim edirik: " Bakı-Ələt yolu ilə hərəkət edən zaman avtomobilimdə nasazlıq yarandığı üçün demək olar ki, 2 saatdan çox yolda qaldım. Bu zaman oradan keçən 90-AP-524 qeydiyyat nişanlı avtomobil dayanaraq sürücüsü Elşad Məmmədyarov adlı polis zabiti mənə yaxınlaşıb necə köməklik edə biləcəyini soruşdu. O, avtomobilimin işə salınması üçün usta çağırdı və şəxsən özü bir neçə zəruri olan tədbirlər gördü. Avtomobilimdəki nasazlıq aradan qaldırılanadək isə yanımda oldu və hərəkətə başladıqdan sonra bir neçə kilometr məni müşayiət etdi".
30.01.2021 - Bakı şəhər sakini Mikayıl Cəbiyev şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə...
Bakı şəhər sakini Mikayıl Cəbiyev şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinin müsbət həll olunması ilə əlaqədar DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.01.2021 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Sara Ağayeva səhifə vasitəsilə...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Sara Ağayeva səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
30.01.2021 - Bakı şəhər sakini Nəsir Quluyev məktubunda ailə üzvlərinin şəxsiyyət...
Bakı şəhər sakini Nəsir Quluyev məktubunda ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirir. O, müraciətinə operativ baxıldığını, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. N.Quluyev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.