Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Beyləqən rayon sakini Müstəcəb Bağırov nəvəsi Elməddin Məmmədovun sürücülük vəsiqəsi almaq üçün müraciət etdiyi Ağcabədi rayonlararası qeydiyyat-imtahan şöbəsinin fəaliyyətindəki tam şəffaflıqdan məmnunluğunu bildirir, buna görə DİN və BDYPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gülşən Quliyeva DİN-ə ünvanladığı məktubunda məruz qaldığı soyğunçuluq hadisəsi barədə məlumat verərək bildirir ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin əməkdaşlarının işə operativ yanaşması nəticəsində cinayəti törədən şəxsin dərhal saxlanılması və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Abşeron rayon sakini Günel Əhmədova Yasamal rayonundakı özəl klinikalardan birində olarkən içərisində 750 manat, 400 ABŞ dolları və mobil telefonu olan çantasını itirdiyindən Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etdiyini bildirərək polis əməkdaşlarının operativliyi nəticəsində həmin çantanın içərisindəki pul və əşyalarla birlikdə qısa zamanda tapılaraq özünə qaytarılmasından razılığını bildirir.

Astara rayon sakini Süleyman Zahirov DİN-ə ünvanladığı məktubunda itmiş nəvəsinin qısa müddətdə tapılmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nicat Abadov külli miqdarda pulunun dələduzluq yolu ilə mənimsənilməsi ilə bağlı Nəsimi RPİ-yə ünvanladığı müraciətdən sonra ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Zərif Qurbanov DİN-ə ünvanladığı məktubunda Gəncə ŞBPİ Nizami RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili Pərviz Məhərrəmovun xidməti fəaliyyətinə məsuliyyətlə yanaşmasından razılığını bildirir.

Bakı şəhər sakini Əli Qasımov ölkədə yaradılan sabitliyə və əmin-amanlığa görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.

Astara rayonunun Kijəbə qəsəbəsinin bir qrup sakinləri və Maşxan kənd sakini Aslan Məmmədov DİN-ə ünvanladıqları təşəkkür məktublarında Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovun xidməti fəaliyyətindən razılığını bildirir və uğurlu kadr təyinatına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Astara rayonunun Kijəbə qəsəbəsinin dindarları DİN-ə ünvanladıqları məktublarında Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizəsini dəstəklədiklərini bildirir, Gəncədə baş vermiş qanlı terror aksiyalarını qətiyyətlə pisləyir, bu zaman polis əməkdaşlarının qətlə yetirilməsini qatı cinayət olduğunu vurğulayaraq, daim dövlətçiliyimizə sadiq olacaqlarını bildirilər.