Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Goranboy rayon sakini Ramiq Məmmədov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə tez və operativ şəkildə baxılaraq göstərilən köməkliyə görə BDYPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəzrin Həsənova DİN-ə ünvanladığı məktubunda bildirir ki, avqustun 28-də azyaşlı qızının itkin düşməsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edib. O, bildirir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bir neçə saat sonra qızı tapılaraq, sağ-salamat ailəsinə təhvil verilib. N.Həsənova bu gərgin əməyinə görə DİN rəhbərliyinə və qızının tapılmasında əməyi olan əməkdaşlara öz minnətdarlığını bildirir.

Lideraz.TV İnformasiya agentliyinin direktoru Xəqani Əliyev DİN-ə ünvanladığı məktubunda respublikamızda ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsinə, cinayətkarlıqla mübarizədə əldə olunan yüksək nəticələrə, milli-mənəvi dəyərlərimizin qorunmasında fəaliyyətinə görə daxili işlər orqanlarının rəhbərliyinə və şəxsi heyətinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Qulaməli Nəsibov müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Faiq Bayramov BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən qeydiyyat şöbəsinin əməkdaşlarının vətəndaşlarla peşəkar və səmimi münasibətindən razılığını bildirir və onlara xidməti fəaliyyətlərində uğurlar diləyir.

Oğuz rayon sakini Mövlam Əliyev müraciətinin tez bir zamanda həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elçin Mansurov milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı keçirilən tədbirlərə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bərdə rayon sakini İsgəndər Pəniyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə obyektiv baxıldığına görə Bərdə RPŞ-nin əməkdaşları Orxan Qasımov və Vəkil Əsgərova öz minnətdarlığını bildirir.

Beyləqan rayon sakini olan bir qadın DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onu insan alverinə cəlb edən şəxsin ifşa olunduğuna və məsuliyyətə cəlb edildiyinə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.