Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki rayon sakini İman Abdullayev təşəkkür məktubunda müraciətinin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Raya Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin təhqiqatçısı Bəhram Qasımzadəyə minnətdarlığını bildirir.

Gədəbəy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə və rayon ərazisində yol hərəkəti təlükəsizliyinin təmin edilməsinə görə Rayon Polis Şöbəsinin rəisi, polisi polkovniki Mehman Həşimovdan razılığını bildirir və minnətdarlığını ifadə edirlər.

Ağdam rayon sakini Zaur Mehdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Gədəbəy rayon sakini Heydər Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimova minnətdarlığını bildirir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Bərdə rayon Şöbəsinin sədri İsmayıl Rüstəmov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda polis veteranlarının səmimi qəbuluna, veteran vəsiqələrinin təqdim olunmasına, onlara göstərilən diqqət və qayğıya görə Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları Elşən Əhmədova və Yusif Əsədova öz təşəkkürünü bildirir.

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı hər gün ayrı-ayrı vətəndaşlardan DİN rəhbərliyinə ünvanlanan çoxsaylı təşəkkür məktubları daxil olur. Bu məktublarda vətəndaşların polis əməkdaşları haqqında sərgilədiyi fikirlər bir daha onu sübut edir ki, vətəndaş-polis münasibətləri yüksək səviyyədə təşkil olunur və vətəndaş məmnunluğu ən önəmli faktordur. Ağdam rayon sakini, I qrup Qarabağ müharibəsi əlili Rəhman Cəfərov öz məktubunda cəbhə bölgəsində xidmət aparan Ağdam Rayon Polis Şöbəsinin fəaliyyətini yüksək qiymətləndirir. Ağdam RPŞ-nin əməkdaşı, polis nəfəri Taleh Məmmədovun nümunəvi xidmət göstərdiyinə görə ona öz minnətdarlığını bildirir. R.Cəfərov məktubunda qeyd edir: “Polis əməkdaşı Taleh Məmmədov asayişi qorumaqla yanaşı rayon ərazisindəki avtomobil yollarında yolu keçmək istəyən uşaqlara, yaşlılara və əlillərə yardımını əsirgəmir. Bu halların dəfələrlə təkrarlandığını gördüyüm üçün onun bu addımını təqdirə layiq hesab edirəm. Avtomobillərin intensiv hərəkətdə olduğu yolda səkidən səkiyə keçmək həm uşaqlar, həm yaşlılar üçün çox çətindir. Mən də yolu keçməkdə çətinlik çəkirdim. T.Məmmədov vaxtında kömək etməsəydi hər hansı bir bədbəxt hadisə baş verə bilərdi. O, demək olar ki, hər gün mənim kimi insanların həyatını xilas edir.”

Gədəbəy rayonunun kənd və şəhərində yaşayan Yeni Azərbaycan Partiyasının bir qrup üzvləri DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Gədəbəy RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Həşimova minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Əli İsmayılzadə məktubunda ölkəmizdə ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.