Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.01.2020 - Bakı şəhər sakini Hürnisə Kərimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Hürnisə Kərimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Hüquqlarımın pozulması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinə müraciət etdim. Şikayətimlə bağlı məni idarənin rəisi Eldar İlyasov qəbul etdi və problemimlə əlaqədar lazımi köməklik göstərildi”. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
22.01.2020 - Bakı şəhər sakini Mətanət Əbilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Mətanət Əbilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Xətai RPİ 37-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və müvəffəqiyyətlər diləyir.
22.01.2020 - Mingəçevir şəhər sakini Abduləli Cəfərov DİN rəhbərliyinə ünvanladığı...
Mingəçevir şəhər sakini Abduləli Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ və obyektiv şəkildə baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.01.2020 - Astara rayonunun Pensər kənd sakini Samir Mürsəlov öz təşəkkür məktubunda...
Astara rayonunun Pensər kənd sakini Samir Mürsəlov öz təşəkkür məktubunda etdiyi müraciətin müsbət şəkildə həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
21.01.2020 - Astara şəhər sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasına, nəqliyyat vasitələrinin və piyadaların rahat şəkildə hərəkətinin təşkilinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və DYPB-nin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.
20.01.2020 - Ağsu rayonu Muradlı kənd sakini Fariz Nəsirov DİN rəhbərliyinə göndərdiyi...
Ağsu rayonu Muradlı kənd sakini Fariz Nəsirov DİN rəhbərliyinə göndərdiyi təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq etmiş şəxsin qısa zaman kəsiyində tutularaq istintaqa təhvil verilməsində əsl peşəkarlıq göstərən Ağsu RPŞ-nin əməkdaşlarına təşəkürünü bildirir.
20.01.2020 - Vətəndaş Hüseyin Xurşudov təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı ona...
Vətəndaş Hüseyin Xurşudov təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı ona göstərilən köməyə görə DİN və Göyçar RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
20.01.2020 - Qarabağ müharibəsi əlili Əlisahab Əzizov DİN rəhbərliyinə ünvanladığı...
Qarabağ müharibəsi əlili Əlisahab Əzizov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına, özünə göstərilən diqqət və qayğıya görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
20.01.2020 - Şəki şəhər sakini Cəsarət Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu...
Şəki şəhər sakini Cəsarət Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayaraq ŞRPŞ Dövlət Yol Polis Bölməsinin əməkdaşlarının xidməti fəaliyyətindən razılıq edib, minnətdarlığını bildirir.