Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elnur Mikayılov etdiyi müraciətə operativ şəkildə baxılmasına və adekvat reaksiya verilərək məsələnin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabuçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarına təşəkkür bildirir və xidmətlərində uğurlar arzulayır.

Sumqayıt şəhər sakini Zenfira Sultanova daxili işlər orqanlarında xidmət edən ovladına göstərilən etimada görə DİN rəhbərliyinə minnətdarlıq ifadə edir.

Sosial şəbəkə izləyicimiz Memar Əcəmi ərazisində baş verən avtoxuliqanlıqla əlaqədar etdiyi müraciətə dərhal reaksiya verilməsinə və bu halların aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə təşəkkür bildirir.

Quba şəhər sakini Rövşən Sultanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zahid Sarıyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bərdə rayon Hacılı kənd sakini Şamil Abbasov Vətən müharibəsində şəhid olmuş oğlu Elvin Abbasovun adının əbədiləşdirilməsi, xatirəsinin daima yaşadılması məqsədilə onun adına bulağın inşa edilməsində, eləcə də onlara göstərdikləri diqqət və qayğıya görə daxili işlər orqanlarının rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.

Abşeron rayon sakini Bəylər Teymurov şəhid ailələrinə, qazilərə, müharibə, eləcə də polis veteranları və təqaüdçülərinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Polisinə və şəxsi heyətinə minnətdarlığını yazır.

Saatlı rayon sakini Sənan Ruşanov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Saatlı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon sakini Əhmədşah Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına, vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Astara RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.