Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə izləyicisi Murad Şiralıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və çevik baxılmasına Suraxanı RPİ-nin rəhbərliyi tərəfindən qəbul olunmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tərlan Əmirov DİN rəhbərliyinə ünvanladığı məktubunda Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə izləyicisi Şəhla Əsədova DİN rəhbərliyinə ünvanladığı məktubunda ona qarşı edilən dələduzluqla bağlı etdiyi müraciətə operativ və çevik baxılmasına və göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Mirsaleh Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və çevik baxılmasına, müraciətinin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə təşəkkür edir.

Sosial şəbəkə izləyicisi Aygül Bəşirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bakı Şəhər Baş Polis İdarəsində səmimi qəbula görə və etdiyi şikayətə operativ və çevik baxılmasına, probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə təşəkkür edir.

Bakı şəhər sakini Tofiq Rəcəbov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Saatlı RPŞ-nin və Abşeron RPİ-nin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Fuad Şahin DİN rəhbərliyinə ünvanladığı məktubunda Xəzər RPİ 3-cü Polis Bölməsinin rəhbərliyindən razılıq edir, şəxsi heyətinin xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında fəal iştirakına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ceyhun Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Xəzər rayonu Binə qəsəbəsində polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısınln alınmasındakı fəal iştirakına və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Asif Əliyev DİN rəhbərliyinə ünvanladığı məktubunda Xəzər rayonu Binə qəsəbəsində polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasındakı fəal iştirakına və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə minnətdarlığını bildirir.