Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.08.2020 - Bakı şəhər sakini Dadaş Şükürov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Dadaş Şükürov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda yaşadığı binanın zirzəmisinə qanunsuz daxil olan şəxslər barəsində müraciətinə Bakı Şəhər Baş Polis İdarəsində baxılaraq müvafiq araşdırma aparıldığını qeyd edir. O, müraciətinə dərhal reaksiya verildiyinə və görülmüş operativ tədbirlərlə müraciətinin müsbət həll olunduğuna görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşların minnətdarlığını bildirir.
04.08.2020 - Neftçala rayon sakinləri Malik Rəcəbov və Ceyhun Nəfəsov DİN-ə...
Neftçala rayon sakinləri Malik Rəcəbov və Ceyhun Nəfəsov DİN-ə ünvanladıqları minnətdarlıq məktublarında Rayon Polis Şöbəsinin rəhbərliyinin və əməkdaşlarının vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə və vətəndaşlara göstərdikləri səmimi münasibətə görə təşəkkür edirlər.
04.08.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Təbriz Feyzullayev müraciətinə...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Təbriz Feyzullayev müraciətinə operativ qaydada baxıldığına görə DİN rəhbərliyinə və Sabunçu RPİ 13-cü Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.
04.08.2020 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Rahib Kərimli bank hesabından...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Rahib Kərimli bank hesabından oğurluq faktı ilə əlaqədar etdiyi müraciətə operativ baxıldığına və oğurluğu edən şəxsin saxlanıldığına görə DİN rəhbərliyinə minnətdarlıq edir.
04.08.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Kamran Şahbazzadənin təşəkkür...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Kamran Şahbazzadənin təşəkkür mesajını diqqətinizə çatdırırıq: “Başımıza gələn bir hadisəni danışmaq istəyirik. Danışacağım hadisədən sonra həm Azərbaycan vətəndaşı olaraq, həm də sürücü olaraq polisimlə fəxr etdim. Dostumun dilindən arı sancdığına görə vəziyyəti çox ağır idi. Yollar tıxac idi deyə ilk gördüyüm yol polisi əməkdaşına yaxınlaşıb kömək istədim. Sağolsunlar xəstəxanaya qədər bizi çatdırdılar. Hətta xəstəxanada da gözlədilər. Həkimin də dediyi kimi vaxtında çatdırmasaydıq vəziyyəti ağır ola bilərdi."
04.08.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan bir qadın narkotiklərin...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan bir qadın narkotiklərin qanunsuz dövriyyəsi faktına görə səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verilərək müvafiq tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
04.08.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Hüseyn Axundov səhifə vasitəsilə...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Hüseyn Axundov səhifə vasitəsilə etdiyi müraciətə baxılaraq obyektiv araşdırma aparıldığına görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə təşəkkür edir.
04.08.2020 - Bərdə rayon sakini Orxan Yusifov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bərdə rayon sakini Orxan Yusifov DİN-ə ünvanladığı təşəkkür məktubunda qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının göstərdikləri fədakarlıqlara görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.
03.08.2020 - Cəlilabad rayon sakini Sadiq Yarıyev qanunun aliliyinin, insan hüquq və...
Cəlilabad rayon sakini Sadiq Yarıyev qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.