Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Seymur İbrahimov müraciətinə qısa müddətdə baxılmasına və ona hüquqi izahın verilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Ağsu rayon sakini Səbirxan Həzrətov üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə, göstərilən diqqət və qayğıya görə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Azad Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov ağır vəziyyətdə olan xəstəni əməliyyat edəcək həkimin xəstəxanaya tez çatmasına köməklik göstərilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Quba rayon sakini Firdovsi Hacıyev etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və itmiş mobil telefonunun tezliklə tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakini Rüfət Abdullayev xidməti fəaliyyətini layiqincə yerinə yetirən Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Ağcabədi rayon sakini Zeynəb Kazımova göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.

Şirvan şəhər sakini Ceyhun Namazov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Məryəmxanım Babayeva ona qarşı törədilən dələduzluq fakı ilə bağlı şikayətinə operativ baxılaraq göstərdikləri köməkliyə görə  Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.