Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Böyükağa Abdullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qeydiyyat məsələsi ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Vəli Nuriyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. O, müraciətinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində operativ baxıldığına, müraciəti ilə əlaqədar qəbul edildiyinə, dinlənilərək müvafiq araşdırma aparıldığına və qısa müddətdə müraciətinin müsbət həll olunaraq ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Röya Qasımova müraciətinə həssas yanaşılmasına, operativ və obyektiv reaksiya verdiklərinə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Gövhər Qurbanova Ağayeva müraciətinə həssas yanaşılmasına, operativ və obyektiv reaksiya verdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Rəsul Hacıəliyev müraciətinə həssas yanaşılmasına, eləcə də vətəndaşa dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fərid Qasımzadə müraciətinə həssas yanaşılmasına, eyni zamanda oğurlanan telefonun qısa zaman kəsiyində tapılmasına görə DYNPİ-nin Biləcəri Stansiyası XPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Hüseyn Süleymanov müraciətinə həssas yanaşılmasına, eləcə də vətəndaşa dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Səkinə Bayramov müraciətinə həssas yanaşılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Zərdab rayon sakini Sabit Heydərov müraciətinə həssas yanaşılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.