Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Facebook” istifadəçisi Nurlan Cəfəri şəxsi səhifəsində yazdığı postda müraciəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. N.Cəfəri ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Bakı ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Zaur Seyidov polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə evindən edilən oğurluq cinayətini törədən şəxslərin saxlanıldığını qeyd edir.

Z.Seyidov müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

“Facebook” istifadəçisi Rasif Dünyamalıyev şəxsi səhifəsində post paylaşaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərlə bağlı polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sabirabad rayon sakini Orxan Mehdizadə müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabirabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elşad Axundov Vətən müharibəsi iştirakçısı olan oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunduğunu bildirir və DİO-da gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Mətin Həmzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nuranə Abdullayeva vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Oğuz rayon sakini Gülnar Mikayılova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Oğuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəşad Əhədov müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.