Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.07.2021 - Bakı şəhər sakini Səməd Alyasov müraciətinə operativ şəkildə baxıldığına,...
Bakı şəhər sakini Səməd Alyasov müraciətinə operativ şəkildə baxıldığına, eyni zamanda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.07.2021 - Bakı şəhər sakinləri Quliyev Mehrab və digərləri DİN rəhbərliyinə...
Bakı şəhər sakinləri Quliyev Mehrab və digərləri DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda Azərbaycan Polisinə narkotiklərin mübarizdə, qarşısının alınmasında göstərdikləri peşəkar və operativ xidmətlərini yüksək dəyərləndirirlər və fəaliyyətlərində uğurlar diləyirlər.
23.07.2021 - Bakı şəhər sakini Səfər Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Səfər Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə və görülən işlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
23.07.2021 - Bakı şəhəri Xəzər rayonunda yaşayan Lerik rayonunun Veri və Çayrud kənd...
Bakı şəhəri Xəzər rayonunda yaşayan Lerik rayonunun Veri və Çayrud kənd sakinləri olan bir qrup şəhid ailələri və ağsaqqalları DİN rəhbərliyinə ünvanladıqları məktublarında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən, şəhid, tənha, aztəminatlı və çoxuşaqlı ailələrə yardım edən, qayğıkeşlik göstərən Xəzər RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.07.2021 - Bakı şəhər sakini Cahangir Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Cahangir Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda əcnəbi vətəndaş olan müvəkkillərinin övladlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi ilə bağlı müraciətlərinə qısa müddətdə baxılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə, həmçinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.07.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Sevinc Hacıyeva...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Sevinc Hacıyeva (Syevinj) səhifə vasitəsi ilə etdiyi müraciətə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
22.07.2021 - Bakı şəhər sakini Qorxmaz İslamov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Qorxmaz İslamov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.07.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Lənkəran rayonunun Digah kənd...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Lənkəran rayonunun Digah kənd sakini Bənövşə Əliyeva (iki_balam_iki_gozum_t_b_t_1980) oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.07.2021 - Daşkəsən rayon sakini Akif Rzayev DİN rəhbərliyinə ünvanladığı məktubda...
Daşkəsən rayon sakini Akif Rzayev DİN rəhbərliyinə ünvanladığı məktubda etdiyi müraciətə çevik reaksiya verilməsinə və müraciətinin tez bir zamanda həll olunmasına, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.