Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Zərdab rayon sakini Xəyyam Şirinov yollarda təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanan həmkarımız Rəşad Xəlilova təşəkkürünü bildirir.

Ağdam rayon sakini Aynurə İmaməliyevə və Tərtər rayon sakini İlhamə Vəliyeva Ukraynada üzləşdikləri problemlərin həllində göstərdiyi köməyə görə həm DİN rəhbərliyinə, həm dəDİN-in nümayəndəsi Şahin Qocayevə minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Aysel Zeynalova cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində vəzifə borclarının öhdəsindən layiqincə gələn, ölkəmizdə sabitliyi, əmin-amanlığı qorumaq üçün canlarını fəda edən həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.

Qusar rayonunun Hil kənd sakini Yaqut Novruzbəyova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və Cinayət Axtarışı Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Qusar sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda son illərdə rayon ərazisində silsilə oğurluq cinayətləri törədən cinayətkar dəstənin RPŞ-nin əməkdaşları tərəfindən ifşa olunaraq zərərsizləşdirilməsinə görə DİN rəhbərliyi və şəxsi heyətinə minnətdarlıqlarını bildirərək, çalışdıqları şərəfli və çətin peşədə uğurlar arzulayırlar.

Cəlilabad rayon ağsaqqallar və veteranlar şurasının sədri Əliheydər Əsədov təşəkkür məktubunda Respublikamızda ictimai qaydanın və sabitliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə polisin əməyini və fədakarlığını yüksək qiymətləndirir, rayonunun ağsaqqalları və veteranları adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayon sakini Dilaram Mərufova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla baxılmasına və müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirova minnətdarlığını bildirir.

Yevlax rayon Xaldan kənd sakini Mürsəl Göyüşov DİN-ə ünvanladığı təşəkkür məktubunda RPŞ-nin sahə müvəkkili Natiq İsmayılovun xidməti fəaliyyətindən razılıq edir və minnətdarlığını bildirir.

Bərdə rayonundakı Akademik Z.Əliyeva adına məktəb-liseyin təsərrüfat müdiri Novruz Mamayev məktəbin təmiri ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.