Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.07.2020 - Gəncə şəhər sakini Elnur Abbasov təşəkkür məktubunda etdiyi müraciətin...
Gəncə şəhər sakini Elnur Abbasov təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.07.2020 - Bərdə rayon sakini Zahid Mikayılov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bərdə rayon sakini Zahid Mikayılov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.07.2020 - “Facebook” sosial şəbəkəsindəki “Baku Love” adlı səhifədə iyulun 22-də...
“Facebook” sosial şəbəkəsindəki “Baku Love” adlı səhifədə iyulun 22-də paylaşılan statusu diqqətinizə çatdırırıq: İyulun 24-də Şəhid pilotumuzun birinci “il mərasimi”dir. Komandirin anası və qardaşları rayonda yaşayır. Karantin rejiminə görə postdan keçə bilməzlər deyə, qardaşı Nicat Atakişiyev Daxili İşlər Nazirliyinin rəsmi saytından DİN rəhbərliyinə müraciət məktubu yazıb və cavabı çox gecikməyib. Qardaşı və digər ailə üzvlərinin Rəşad Atakişiyevin “il mərasimi”ndə iştirak etmələri üçün Bakıya gəlmələrinə icazə verilib. Şəhid ailəsinə göstərilən həssas münasibətə və yüksək diqqətə görə təşəkkür edirik!”
25.07.2020 - “İnstagram” səhifəmizin izləyicisi Vahid Əliyev (aliyevs999) Xırdalan...
“İnstagram” səhifəmizin izləyicisi Vahid Əliyev (aliyevs999) Xırdalan şəhərindəki kirayədə yaşadığı mənzildən edilən oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və oğurluğu edən şəxslərin saxlanıldığına görə təşəkkür edir: “Mənim Sizə ünvanladığım müraciətdən sonra Baş Cinayət Axtarışı İdarəsinin və Abşeron Rayon Polis İdarəsinin köməkliyi ilə qısa vaxt ərzində mənzilimdən oğurluq edən şəxslər tutularaq istintaqa təhvil verildi. Ona görə də DİN rəhbərliyi başda olmaqla bütün kollektivinizə və Azərbaycan Polisinə öz dərin minnətdarlığımı bildirirəm. Hörmətlə, Əliyev Vahid İsrafil oğlu.”
25.07.2020 - “Facebook” səhifəmizin izləyicisi Anar Ağayev xüsusi karantin rejiminin...
“Facebook” səhifəmizin izləyicisi Anar Ağayev xüsusi karantin rejiminin tələblərinə əməl edilməməsi faktları ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına, göstərilən nöqsanların aradan qaldırılması üçün görülən tədbirlərə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin şəxsi heyətinə təşəkkür edir.
25.07.2020 - Bərdə rayon sakini Rəşad Gəncəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bərdə rayon sakini Rəşad Gəncəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxıldığına və müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
25.07.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Elşən Əliyev...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Elşən Əliyev (eli.elshan.aliyev.999) Yasamal rayonu 2-ci Alatava küçəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı səhifə vasitəsi ilə müraciət etmişdi. Vətəndaş müraciətinə baxıldığına görə təşəkkür edib: “Çox sağ olun ki, müraciətimi aidiyyəti idarəyə yönləndirdiniz. Artıq araşdırma və təhqiqat işləri öz müsbət nəticəsini verdi. Qeyd olunan ünvanda Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları uğurlu əməliyyat tədbirləri həyata keçirdi. Gəncliyimizi zəhərləyən kəslər tutulub məsuliyyətə cəlb edildi. Ümid edirəm ki, vətəndaş adına layiq olmayan o kəslər nəhayət ki, öz layiqli cəzalarını alacaqlar! Bir daha sizə, müraciətimizə diqqətlə yanaşdığınız üçün təşəkkürümü bildirirəm. Sizlərə bu məsuliyyətli işdə müvəffəqiyyətlər arzu edirəm.
25.07.2020 - “İnstagram” səhifəmizin izləyicisi Fəridə Məmmədova bir nəfərə verdiyi qızıl...
“İnstagram” səhifəmizin izləyicisi Fəridə Məmmədova bir nəfərə verdiyi qızıl üzüyü ala bilməməsi ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətə operativ baxıldığına və ona dəymiş ziyanın tam ödənildiyinə görə minnətdarlıq edir.
25.07.2020 - Bakı şəhər sakini Aydın İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bakı şəhər sakini Aydın İsmayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla, habelə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.