Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Saatlı rayon sakini Əziz İsmayılov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bildirir ki, yaxın qohumu bir müddət məcburi əmək qurbanı olub. Belə ki, o, Sabunçu rayonunun Pirşağı qəsəbəsində fermada əmək müqaviləsi olmadan, işgəncə verilməklə fəhlə adı ilə saxlanılaraq əməyi istismar edilmişdir.

Bununla bağlı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini qeyd edən müəllif dərhal müvafiq tədbirlərin görüldüyünü bildirir.

Ə.İsmayılov müraciətlərinə diqqətlə baxılaraq operativ reaksiya verildiyinə, görülmüş tədbirlərlə qohumunun məcburi əmək qurbanı olmaqdan azad edildiyinə və qeyd olunan ferma sahibi barəsində tədbir görüldüyü üçün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Minayə Kərimova evinin oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Məzahir Əliyev cinayətkar dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, rayonda yaradılmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə, Quba RPŞ və Beyləqan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayonunun İsgəndərli kənd sakini Hicran Ağayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Masallı RPŞ-nin post-patrul xidmətinin əməkdaşı Raqil Musatayevə, yol patrul xidmətinin əməkdaşı Amid Yunusova və sahə polis nəfəri Kamran Kazımlıya minnətdarlığını bildirir və razılığını ifadə edir.

Bakı şəhər sakini Ülviyyə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evində baş vermiş oğurluq hadisəsi ilə bağlı şikayətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın geri qaytarılmasında göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Xəyalə Ağayeva müraciətinə operativ və obyektiv şəkildə baxılaraq pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.

Bakı şəhər sakini Rabil Quliyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verərək həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ DYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ellada Mövsümova müraciətinə tez bir zamanda baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Bakı şəhər sakini Samir Qəhrəmanov ona dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və BMCQMİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.