Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Gültəkin Əsədova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Muradov Fuad adlı sosial şəbəkə istifadəçisi ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, konstitusion hüquqlarının qorunmasında, o cümlədən yollarda avtomobillərin və piyadaların təhlükəsiz hərəkət etməsində xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.  

Gəncə şəhər sakini Qəmbər Verdiyev etdiyi müraciətin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətən müharibəsi Şəhidinin anası İradə Qasımova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssas yanaşıldığına göstərilən diqqətə və operativliyə eləcə də, dəymiş ziyanın ödətdirilməsinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Şirvan şəhər sakini Zaur Əliyev üzləşdiyi problemlə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq müsbət həll olunmasına, eləcə də vətəndaşlara göstərilən peşəkər xidmətə, diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Şirvan Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Əlmaniz Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə izləyicisi Nail Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

İnstagram izləyicisi Kərim Kərimov DİN-ə ünvanladığı məktubunda ona qarşı edilən dələduzluqla əlaqədar etdiyi müraciətə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Kamil Hüseynli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.