Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Aytac Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ərazidə xidmət aparan polis əməkdaşlarının lazımi köməklik göstərdiklərini və müvafiq tədbirləri həyata keçirdiklərini qeyd edir. 
A.Məmmədova göstərilən diqqətə, polis əməkdaşlarının humanistliyinə və nümunəvi xidmətinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Xırdalan şəhər sakini Lalə Qəsəbova məktubunda DİN-ə ünvanladığı müraciətinə çevik reaksiya verilməsinə, araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.  

Neftçala rayon sakini Aynurə Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə minnətdarlığını bildirir.

DİN-in Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Rauf Süleymanovun qardaşı Cavad Süleymanov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Saatlı rayon sakini Sərxan Mirzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Hacıqabul rayon sakini Bəxtiyar Qarayev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Böyükağa Hüseynov Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirir.

Bakı şəhər sakini Təranə Hüseynova DİN rəhbərliyinə minnətdarlıq məktubu yazaraq metronun Nizami stansiyasında  mobil telefonunu  itirdiyini, bu barədə polisə məlumat verdikdən qısa müddət sonra telfonunun tapılaraq ona geri qaytarıldığını qeyd edərək, göstərdikləri operativ köməyə görə  Bakı Metropolitenində Polis şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Alim İbrahimov DİN-in “İnstagram” səhifəsinə  minnətdarlıq məktubu yazaraq üzləşdiyi dələduzluq hadisəsi barədə Pirallahı RPİ-yə etdiyi3 müraciətin nəzarətə götürüldüyünü, polislərin peşəkarlığı sayəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.