Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Fuad Lətifov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda  etdiyi müraciətə tez bir zamanda, operativ baxılaraq hüquqlarının təmin edilməsində göstərilən köməkliyə görə Azərbaycan Polisinə  minnətdarlıq edir.

Bakı şəhər sakini İsmət Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunması ilə bağlı göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi Sevinc Nəzərova qeydiyyat məsələsi ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şamil Əliyev məktubunda övladının pulunun ələ keçirilməsi ilə bağlı etdiyi müraciətinə dərhal reaksiya verildiyinə, araşdırılaraq qısa müddətdə müsbət həll olunmasına və onlara dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Ceyhun Fərəcullayev oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elnora Məmmədova məktubunda üzləşdiyi problemlə bağlı etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Eltun Həsənov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Mətin Mirzə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində rayonda asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə və ərazi üzrə polis orqanlarının şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Dəyanət Azərsoy üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə həmçinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.