Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakinləri G.Abdullayeva və L.Abdullayeva üzləşdikləri problemlə əlaqədar etdikləri müraciətə həssaslıqla yanaşılaraq həll olunmasında, eləcə də hüquqlarının bərpasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıqlarını ifadə edirlər.

Bir qrup Gəncə şəhər sakinləri DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətlərinə həsasslıqla yanaşılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə  Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Neman Eminov DİN rəhbərliyinə təşəkkür məktubu yazaraq narkotiklərə qarşı qətiyyətli mübarizədə göstərdikləri fədakar xidmətlərə görə DİN rəhbərliyinə və Goranboy Rayon Polis şöbəsinin şəxsi heyətinə minnətdarlıq bildirir.

Tovuz rayon sakini Abbas İbrahimov etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Rəfiqə Allahverdiyeva xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.

Abşeron rayon sakini Alina Həsənova dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səidə Vəliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə obyektiv baxılmasına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Hüseyn Ocaqquliyev DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda xidməti vəzifə borclarını  layiqincə yerinə yetirdiklərinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə  Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.

Vətəndaş Sahib Musayev DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda  müraciətinə obyektiv baxılmasına və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlıq edir.