Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.03.2021 - Bakı şəhər sakini Gülər Məmmədli məktubunda pulqabısını itirməsi ilə bağlı...
Bakı şəhər sakini Gülər Məmmədli məktubunda pulqabısını itirməsi ilə bağlı DİN-in “102 Zəng Mərkəzi”nə müraciət etdiyini bildirir. O, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə pulqabısının tapılaraq ona qaytarıldığını qeyd edir. G.Məmmədli vətəndaş müraciətlərinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə, eyni zamanda 28-ci PB-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
30.03.2021 - Astara rayon sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara rayon sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını bildirir.
30.03.2021 - Biləsuvar şəhər sakini Əli Əlizadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Biləsuvar şəhər sakini Əli Əlizadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını ifadə edir.
30.03.2021 - Lənkəran şəhər sakini Qədir Cəfərzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran şəhər sakini Qədir Cəfərzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəxsi əmlakını oğurlayan şəxsin tapılaraq qanuni tədbir görülməsinə və ona dəyən maddi ziyanın tam şəkildə ödənilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.
30.03.2021 - Astara rayonunun Maşxan kənd sakini Muxtar Əliyev DİN rəhbərliyinə...
Astara rayonunun Maşxan kənd sakini Muxtar Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılmasına və məsələnin müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
30.03.2021 - Astara rayonunun Vaqo kəndinin bir qrup sakini DİN rəhbərliyinə...
Astara rayonunun Vaqo kəndinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən müsbət işlərə görə Astara RPŞ-nin Dölət Yol Polisi Bölməsinin əməkdaşlarından razılıqlarını ifadə edirlər.
30.03.2021 - Cəlilabad rayonunun Zopun kənd sakini Pənah Ağayev öz təşəkkür məktubunda...
Cəlilabad rayonunun Zopun kənd sakini Pənah Ağayev öz təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
30.03.2021 - Cəlilabad şəhər sakini Səid Muradov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Cəlilabad şəhər sakini Səid Muradov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması istiqamətində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığnı ifadə edir.
29.03.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Gülnar Comərdova...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Gülnar Comərdova oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə həyata keçirilən tədbirlərə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.