Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini İlham Mustafayevin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə dərhal baxılmasına görə DİN və Binəqədi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Qusar rayonunun Urva kənd sakini Səriyyə Adıgözəlova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq müvafiq tədbir görüldüyü üçün DİN, Qusar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Rusiya Federasiyasının Kirov vilayətinin Balezinşina kəndinin sakini İvan Monko DİN-ə ünvanladığı məktubunda 2018-ci ilin sentyabr ayında ölkəmizdə turist səfərində olduğunu qeyd edərək, istirahət mərkəzlərindən birində dincələrkən ondan 500 avro pulun artıq alındığından şübhələndiyini, bu məsələ ilə əlaqədar polis orqanlarına müraciət etdiyini bildirir. Polis əməkdaşlarının araşdırmasından sonra həmin artıq alınan pulun ona qaytarılmasına görə minnətdarlığını bildirən məktub müəllifi əməkdaşların peşəkarlığını yüksək qiymətləndirir.

Bakı şəhər sakini, kimya elmləri üzrə fəlsəfə doktoru Nizami Adıgözəlov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qonşuları ilə aralarında uzun müddət davam edən ziddiyyəti qabaqlayıcı profilaktiki tədbirlər görərək aradan qaldırdığına və onları barışdırdığına görə Səbail RPİ 9-cu PB-nin polis sahə rəisi Allahverdi Cəfərova minnətdarlığını bildirir.

Cəlilabad rayonunun Üçtəpə kənd sakini Ramil Yariyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizədə əldə olunan uğurlara, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərə görə Biləsuvar RPŞ-nin rəisi Əlyəddin Səfərovdan razılığını ifadə edir və minnətdarlığını bildirir.

Şəki şəhər sakini Şöhrət Səfərova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq müvafiq tədbir görüldüyü üçün Şəki ŞRPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kənan Davudzadə öz təşəkkür məktubunda müraciətinə obyektiv araşdırılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.

Ağdam rayon sakini Əjdər Rüstəmov Azərbaycan Polisinin fəaliyyətindən razılıq edir və minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rasim Sinyarov DİN rəhbərliyinə ünvanladığı məktubunda cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında polisin rolunu yüksək qiymətləndirir, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır.