Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göygöl rayon sakini Eldəniz Xəlilov əmlakının qəsdən məhv edilməsinə görə Gəncə ŞBPİ-yə etdiyi müraciətin dərhal araşdırılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə təşəkür edir.

Gəncə şəhər sakini Günay Nəzərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin hərtərəfli araşdırılmasına və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə razılığını ifadə edir.

Gəncə şəhər sakini Ofelya Əliyeva DİN-ə ünvanladığı müraciətində operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, görülən işlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Goranboy rayon sakini Ramin Zeynalov ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Daşkəsən rayon sakini Məhəd Əmiraslanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş oğurluq hadisəsinin obyektiv araşdırılmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Goranboy rayon sakini Rəşad Qarayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyası dövründə sərgilədikləri fədakar əməyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarından razılığını bildirir.

DİN-in “İnstagram” səhifəsinin nihat_ceferov999 adlı izləyicisi 28 May metrostansiyasının yaxınlığında qəfil halı pisləşən vətəndaşa Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərildiyini qeyd edərək belə humanist polis əməkdaşlarına səhifə vasitəsi ilə minnətdarlığını bildirir.

Vətəndaş Rüfət İmaniyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti müsbət həll olunduğu üçün Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Şəki rayon sakini Anar Hacəliyev təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə və müsbət yöndə həll olunmasına görə Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.