Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qusar rayonunun Yuxarı Dəhircal kənd sakini Rəna Zərbəliyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq müvafiq tədbir görüldüyü üçün RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətova və Qeydiyyat Məsələləri Qrupunun baş inspektoru, polis kapitanı Ramin Məmmədova minnətdarlığını bildirir.

Abşeron rayonunun Fatmayı kəndinin bir qrup sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda kənd ərazisində baş vermiş oğurluq hadisələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlığa görə Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Astara rayon sakini Aynur Muradova öz təşəkkür məktubunda direktoru olduğu rayonun Artupa kənd tam orta məktəbində baş verən oğurluq faktının polis əməkdaşları tərəfindən qısa zamanda açılmasına görə DİN rəhbərliyinə minnətdalığını bildirir.

Astara şəhər sakini Kəlam Quliyev öz təşəkkür məktubunda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına, cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə görə DİN rəhbərliyinə və RPŞ-nin rəisi Azər Cahangirova öz minnətdarlığını bildirir.

Sabirabad rayon sakinləri Rəhman Bağırov, Valeh Abuşov, Firidun Abuşov, Xudaverdi Kərimov DİN rəhbərliyinə ünvanlanan təşəkkür məktublarında ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Sabirabad RPŞ-nin rəisi Namiq Camalovdan razılığını ifadə edirlər.

Bakı şəhər sakini Vüqar Bayramov DİN-ə ünvanladığı məktubunda səhhətində problem olduqda A.Heydərov adına DIN-in Respublika Hospitalına müraciət edən zaman ona göstərdikləri diqqət və qayğıya görə bütün tibbi personala minnətdarlığını bildirir.

Bakı şəhər sakini Azad Soltanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rəhbərlik etdiyi müəssisədə baş vermiş cinayətin tez bir zamanda açılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şöhrət Mirzəyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda ona dəymiş ziyanın ödətdirilməsində etdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Ülvi Əhmədli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus pul qabının və sənədlərin tapılıb qaytarılmasında köməklik göstərən Səbail RPİ-nin PPXB-nin əməkdaşı, polis serjantı Cümşüd Əliyevə minnətdarlıq edir.