Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.11.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi Anar Rəhimov səhifə vasitəsilə...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi Anar Rəhimov səhifə vasitəsilə etdiyi müraciətin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.11.2020 - Bakı şəhər sakini İlhamə Xamiyeva müraciətinə dərhal münasibət bildirilərək...
Bakı şəhər sakini İlhamə Xamiyeva müraciətinə dərhal münasibət bildirilərək Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində qəbul edildiyinə, hüquq və vəzifələrinin izahına, araşdırma üzrə qanuni qərar qəbul ediləcəyi ilə bağlı zəruri tədbirlər görüləcəyi bildirildiyinə görə DİN və Bakı ŞBPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
02.11.2020 - Beyləqan şəhər sakini Anar Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Beyləqan şəhər sakini Anar Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəhidlərin dəfnində Beyləqan Rayon Polis Şöbəsinin və digər qurumların rəhbərliklərinin iştirak etməsini təqdir edir, dövlətimizlə, dövlətçiliyimizlə qürur duyduğunu bildirir. O, Azərbaycan Polisinə gərgin və fədakar xidməti fəaliyyətlərində uğurlar diləyir.
02.11.2020 - Bakı şəhər sakini Şəhla Namazova DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Şəhla Namazova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
02.11.2020 - Bakı şəhər sakini Habil Atakişiyev mobil telefonunu itirməsi ilə əlaqədar...
Bakı şəhər sakini Habil Atakişiyev mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
02.11.2020 - Laçın rayon sakini Şirvan Məmmədov qanunun aliliyinin, insan hüquq və...
Laçın rayon sakini Şirvan Məmmədov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2020 - Bakı şəhər sakini Məqsəd Rəhimov avtomobilindən pulunun oğurlanması ilə...
Bakı şəhər sakini Məqsəd Rəhimov avtomobilindən pulunun oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarın tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.10.2020 - Quba rayon Cimi kənd sakini Zahid Məmmədsalahov DİN rəhbərliyinə ünvanladığı...
Quba rayon Cimi kənd sakini Zahid Məmmədsalahov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus 24 baş xırda buynuzlu heyvanın oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına və xırda buynuzlu heyvanlarının ona qaytarılmasına göstərdikləri köməkliyə görə Quba RPŞ-nin və Qonaqkənd PB-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
30.10.2020 - Yardımlı rayon sakini Mirsəttər Nəzərli ictimai asayişin və ictimai...
Yardımlı rayon sakini Mirsəttər Nəzərli ictimai asayişin və ictimai təhlükəsizliyin keşiyində mətin dayanan daxili işlər orqanları əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.