Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Aygül Quliyeva DİN-ə ünvanladığı məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunduğuna görə başda DİN rəhbərliyi olmaqla daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlığını bildirir.

Balakən rayon sakini Mütəllif Seyidov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Balakən RPŞ-nin rəhbərliyinə öz minnətdarlığını bildirir.

Vətəndaş Amil Zamanov DİN-ə ünvanladığı məktubunda mobil telefonunun oğurlanması ilə bağlı müraciətinə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində operativ baxlıldığına və görülmüş tədbirlərlə telefonunun ona qaytarıldığına görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Gədəbəy rayon sakini Nürəddin Cəfərov DİN-ə ünvanladığı təşəkkür məktubunda şikayətinə operativ və obyektiv şəkildə baxılaraq pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməyə görə DİN rəhbərliyinə və RPŞ-nin şəxsi heyətinə minnətdarlıq edir.

Balakən rayon sakinləri Mütəllif Seyidov və Şaban Mirəliyev rayonda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində yaşayan sakinlər Daxili İşlər Nazirliyinə ünvanladıqları müraciətə operativ baxılaraq müvafiq araşdırmalar aparıldığını və müsbət həll olunduğunu qeyd edirlər. Onlar xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Səməndər Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu rayonunda yerləşən müayinə mərkəzində yaradılan şəraitə və əməkdaşların xoş rəftarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Fətəli Əliyev müraciətinə dərhal reaksiya verildiyinə və qısa müddətdə baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və ŞPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Mənsurə İmanova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus pul kisəsini oğurlayan şəxsin tutularaq məsuliyyətə cəlb olunmasına, oğurlanmış pul və sənədlərin ona geri qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.