Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.09.2020 - Cəlilabad rayon sakini Ramiz Yarıyev sosial şəbəkə vasitəsilə etdiyi...
Cəlilabad rayon sakini Ramiz Yarıyev sosial şəbəkə vasitəsilə etdiyi müraciətə operativ baxılaraq müsbət yöndə həll edildiyinə və göstərilən hərtərəfli köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
30.09.2020 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Elnur Yusubov müraciətinə tez bir...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Elnur Yusubov müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.09.2020 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Zülfiyyə Qurbanova narkotiklərin...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Zülfiyyə Qurbanova narkotiklərin qanunsuz dövriyyəsi faktına görə səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və polis əməkdaşları tərəfindən qısa müddətdə operativ tədbir görüldüyünə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.09.2020 - Beyləqan rayon sakini Kamal Abdullayev üzləşdiyi problem ilə əlaqədar etdiyi...
Beyləqan rayon sakini Kamal Abdullayev üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2020 - DİN-in “İnstagram” səhifəsinin “shahla_kenan_” adlı izləyicisi səhifə...
DİN-in “İnstagram” səhifəsinin “shahla_kenan_” adlı izləyicisi səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə, ictimai asayişin və təhlükəsizliyin qorunub saxlanılmasında, habelə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
29.09.2020 - Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Heyran Şəbiyeva DİN rəhbərliyinə...
Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Heyran Şəbiyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluq yolu ilə qızıl-zinət əşyasını və məişət avadanlığını mənimsəyən şəxslərin müəyyən edilərək saxlanılmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.09.2020 - Lənkəran şəhər sakini Elnur Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran şəhər sakini Elnur Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizədə atılan qətiyyətli addımlara görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
29.09.2020 - Bakı şəhər sakini Ağasət Cavadzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Ağasət Cavadzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən uğurlu və qətiyyətli tədbirlərə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
29.09.2020 - Biləsuvar rayon sakini Zərqələm Hacıyeva DİN rəhbərliyinə ünvanladığı...
Biləsuvar rayon sakini Zərqələm Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluq yolu ilə qızıl-zinət əşyalarını və pulunu mənimsəyən şəxslərin Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə razılğını bildirir.