Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.12.2020 - Şirvan şəhər sakini Təzəxan Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Şirvan şəhər sakini Təzəxan Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğlunun üzləşdiyi dələduzluq faktı ilə bağlı Qaradağ Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir.
Oğlunun müraciətinə operativ baxıldığını, obyektiv və ədalətli araşdırma aparıldığını, həmçinin istintaqın gedişindən razılığını ifadə edən T.Vəliyev bununla bağlı DİN rəhbərliyinə və Qaradağ RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.25.12.2020 - Şəmkir rayon sakini Samir Abbasov müraciətinə operativ baxıldığına və müsbət...
Şəmkir rayon sakini Samir Abbasov müraciətinə operativ baxıldığına və müsbət istiqamətdə həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkür edir.
25.12.2020 - Bakı şəhər sakini Rasim Hacıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Rasim Hacıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Azərbaycan Polisinin fəaliyyətini təqdir edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
25.12.2020 - DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi “_sadece_sen_ol” hesabından...
DİN-in rəsmi “İnstagram” səhifəsinin izləyicisi “_sadece_sen_ol” hesabından səhifəyə videogörüntü göndərib. O, hamilə vəziyyətdə olan bir qadının xidməti avtomobildə xəstəxanaya çatdırılmasında köməklik göstərən Xəzər RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
25.12.2020 - Jurnalist Əvəz Hafizli şəxsi “Facebook” səhifəsində Baş Mühafizə İdarəsinin...
Jurnalist Əvəz Hafizli şəxsi “Facebook” səhifəsində Baş Mühafizə İdarəsinin Quba regional Mühafizə Şöbəsinin əməkdaşı, polis nəfəri Bəxtiyar Səlimovun fotosunu yerləşdirərək minnətdarlıq statusu paylaşıb. O, B.Səlimovun maddi yardıma ehtiyacı olan vətəndaşa köməklik göstərdiyini qeyd edib.
Ə.Hafizli sonda yazıb: “Belə polislərimizi görəndə insan qürur duyur. Təşşəkür!”25.12.2020 - Bakı şəhər sakini Yeganə İsgəndərova Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Yeganə İsgəndərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində operativ baxıldığını qeyd edir. O, müraciətinin qısa müddətdə araşdırılaraq müsbətt həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə BMCMİ-nin əməkdaşlarına təşəkkür edir.
24.12.2020 - Bakı şəhər sakini O.Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda...
Bakı şəhər sakini O.Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda pozulmuş hüquqlarının bərpası ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini qeyd edir.
O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və İAQMBİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.24.12.2020 - DİN-in Facebook səhifəsinin izləyicisi olan “Gündəlik Bakı” qəzetinin baş...
DİN-in Facebook səhifəsinin izləyicisi olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev işğaldan azad edilmiş Zəngilan rayonuna səfər etmək üçün səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
24.12.2020 - Bakı şəhərinin Xəzər rayonu Albalılıq massivində yaşayan Bəhruz Nurullayev və...
Bakı şəhərinin Xəzər rayonu Albalılıq massivində yaşayan Bəhruz Nurullayev və Məhəmməd Babayev Daxili İşlər Nazirliyinə ünvanladıqları məktubda rayon ərazisində xidməti fəaliyyətlərini layiqincə yerinə yetirən Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.