Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şamaxı rayon Nağaraxana kənd sakini Şahpələng Məlikov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda əməkdaşlara göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən, məişət problemlərinin həllində həssaslıqla yanaşılmasına görə minnətdarlığını bildirir.

Ağsu rayon sakini Babək Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Saatlı rayon sakini Qabil Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir.

Bakı şəhər sakini Almaz Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə obyektiv baxılaraq həllini tapmasında ona göstərilən köməyə görə Baş Cinayət Axtarış İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Xaçmaz rayonu Çay kənd sakini Cəllad Aslanov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərdikləri köməyə görə DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmova minnətdarlığını bildirir.

Goranboy rayon Qızılhacılı qəsəbə sakini Əsbət Eminova DİN rəhbərliyinə ünvanlanan təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Goranboy RPŞ-nin rəisi Ramin Qədirovdan razılığını ifadə edir.

Bakı şəhər sakini Rafiq Cavadov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına və göstərilən diqqətə görə minnətdarlıq edir.

Bakı şəhər sakini Şahin İsmayılov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda yaxın qohumunun tapılmasında göstərdikləri köməkliyə görə 12-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vüqar Bayramov DİN-ə ünvanladığı məktubunda gözündə yaranan problemlə bağlı DİN-in 2 nömrəli Poliklinikasına müraciət etdiyi zaman ona göstərdikləri diqqət və qayğıya görə bütün tibbi personala minnətdarlığını bildirir.