Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elmira İsmatulina ona məxsus olan pul qabının və şəxsiyyət vəsiqəsinin oğurlanması ilə bağlı etdiyi müraciətdə həmin şəxsin tutularaq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

İnstaqram izləyicisi Rəşad Alimov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və ona göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Jurnalist Nəsimi Quliyev “Facebook” hesabında video paylaşaraq qeyd edib: “Vətəndaş Rəşad Qafarlı Sumqayıt şəhərinə nabələd olduğundan yol polisi əməkdaşına yaxınlaşaraq kömək istəyib. 153 nömrəli yol-patrul xidməti avtomobilinin heyəti Sumqayıt şəhərindən çıxanadək sürücünün qarşısı ilə gedib yolu göstəriblər.” Vətəndaş yol polislərinə minnətdarlığını bildirir. 

Vətəndaş Kamran Cabbarlı Starex MMC şirkətinin əməkdaşının müştəri tərəfindən təhqir olunması ilə bağlı müraciətinin müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

İnstaqram izləyicisi Nuranə Aramlı etdiyi müraciətə operativ baxılaraq probleminin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Rəhilə Babayeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Sənan Qənbərov etdiyi müraciətə operativ baxılaraq probleminin həllini tapmasında göstərilən köməkliyə və səmimi qəbula görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Rauf Abdullayev oğurlanan skuterinin tez və operativ şəkildə tapılıb ona qaytarılmasına görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Qaradağ rayon sakini Vüqar Xanəliyev etdiyi müraciətə operativ baxılaraq probleminin həllini tapmasında göstərilən köməkliyə görə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.