Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in İnstagram səhifəsinin izləyicisi olan Pərviz Fərhadov Youtube kanallarının birindəki verilişdən Azərbaycan polisinin ünvanına xoş sözlər söylədiyi videonu göndərərək təşəkkürünü ifadə edib.

Göyçay rayon sakini, hazırda təqaüddə olan polis əməkdaşı Vahid Həşimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir.

DİN-in İnstagram səhifəsinin izləyicisi olan Qəbələ rayon sakini Varis Almazlı paytaxtın Nərimanov rayonu ərazisindən nəqliyyat vasitəsinin oğurlanması barədə müraciətinə baxılaraq keçirilən operativ tədbirlərlə avtomobilinin tapılmasına görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elbrus Əkbərov ona dəyən ziyanın ödənilməsində göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Kəlbəcər rayon Keştək kənd sakini Tural Nəbiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fədakar xidməti fəaliyyətini yüksək dəyərləndirir, çətin və şərəfli işlərində uğurlar diləyir.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir, Səbail Rayon Post Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.

Goranboy rayon sakini Nizami Vəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə başda Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov olmaqla RPŞ-nin əməkdaşlarından razılığını bildirir.

Gəncə şəhər sakini Şöhrət Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv şəkildə araşdırıldığına görə minnətdarlığını bildirir.

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Qazax rayon Filialının üzvləri DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xüsusi karantin rejimi ilə əlaqədar gecə-gündüz yorulmadan xidmət aparan Qazax rayon Polis Şöbəsinin əməkdaşlarından razılıqlarını bildirirlər.