Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Təngərüd kənd sakini Elxan Şahyarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən qəfildən halının pisləşdiyi zaman RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru İlham Tağıyevin ona yaxınlaşaraq ilkin tibbi yardım göstərdiyini və xəstənaya çatdırılmasında köməklik etdiyini bildirir və buna görə öz minnətdarlığını ifadə edir.

Xocalı rayon sakini Zöhrə İsmayılova etdiyi müraciətə çevik reaksiya verildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Kəlbəcər rayon Mollabayramlı kənd sakini Yasin Allahverdiyev müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elşən Həsənov öz vəzifə borcunun öhdəsindən layiqincə gələn, göstərdiyi səmimiyyətə və xoş münasibətə görə vətəndaşların rəğbətini qazanan həmkarımız, Qaradağ RPİ 11-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Zaur Eyvazova minnətdarlığını ifadə edir.

Tovuz rayon sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Maarif Həsənoğlu, Xırdalan şəhər sakini Kamal Mustafayev və Xaçmaz rayon sakini Leyli Səmədova asayişin və sabitliyin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisinə xidmətində uğurlar arzulayırlar.

Bakı şəhər sakini Rabil Quliyev üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Beyləqan Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İmran Şahverdiyev Nardaran qəsəbəsindəki evindən baş vermiş oğurluğun üstünün qısa zaman kəsiyində açılmasına görə polisə təşəkkürünü bildirir.

Xaçmaz rayon sakini Səid Mehdiyev Palıdlı kənd sakinləri adından ünvanladıqları müraciətə vaxtında baxıldığına və məsələnin ədalətli həllində göstərdiyi köməkliyə görə RPŞ rəhbərliyinə minnətdarlıq edir.

Taleh Salmanov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından razılığını ifadə edir.