Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.04.2021 - Abşeron rayon sakini Elnur Dövlətzadənin Daxili İşlər Nazirliyinə ünvanladığı...
Abşeron rayon sakini Elnur Dövlətzadənin Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Xırdalan şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.04.2021 - Vətəndaş Səkinə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Səkinə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin həlli istiqamətində göstərilən köməkliyə görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
30.04.2021 - Bakı şəhər sakini Sevil Allahverdiyeva üzləşdiyi problemlə bağlı DİN-in "102...
Bakı şəhər sakini Sevil Allahverdiyeva üzləşdiyi problemlə bağlı DİN-in "102 - Zəng Mərkəzi"nə müraciət etdiyini yazır. O, müraciəti ilə əlaqədar dərhal 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir.
S.Allahverdiyeva vətəndaş müraciətlərinə həssas yanaşılmasına, operativliyə, göstərilən diqqətə, xoş rəftara və nəzakətli davranışılarına görə 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.30.04.2021 - Bakı şəhər sakini Elşən Hüseynov məktubunda Daxili İşlər Nazirliyinə...
Bakı şəhər sakini Elşən Hüseynov məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxıldığını, Xətai Rayon Polis İdarəsi tərəfindən qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.
O, vətəndaşların müraciətlərinə həssas yanaşılmasına, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.30.04.2021 - Bakı şəhər sakini Yadulla Həsənzadə etdiyi müraciətə həssaslıqla baxıldığına...
Bakı şəhər sakini Yadulla Həsənzadə etdiyi müraciətə həssaslıqla baxıldığına və məsələnin qısa müddət ərzində müsbət şəkildə həll olunduğuna görə DİN rəhbərliyinə dərin təşəkkürünü bildirir.
29.04.2021 - Abşeron rayon sakini Şahlar Aslanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Abşeron rayon sakini Şahlar Aslanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona dəymiş ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir, çətin və şərəfli yolda uğurlar diləyir.
29.04.2021 - Balakən rayonu Katex kənd bələdiyyəsi Cavanşir Piriyev Katex kənd sakinləri...
Balakən rayonu Katex kənd bələdiyyəsi Cavanşir Piriyev Katex kənd sakinləri tərəfindən DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.
29.04.2021 - Lənkəran rayonunda yaşayan Elşən İmanov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Lənkəran rayonunda yaşayan Elşən İmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda vətəndaş müraciətlərinə həssas yanaşıldığına və obyektiv baxıldığına görə Nizami RPİ-nin 23 Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.04.2021 - Neftçala rayonunun Pirəbbə kəndində yaşayan Kamil Ağayev Daxili İşlər...
Neftçala rayonunun Pirəbbə kəndində yaşayan Kamil Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində cinayətkarlıqla qətiyyətli mübarizə apardıqlarına, ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə gecə-gündüz yorulmadan xidmət apararaq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.