Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.05.2021 - Vətəndaş Xəyalə Əliyeva DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemlə...
Vətəndaş Xəyalə Əliyeva DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
05.05.2021 - Bakı şəhər sakini Şahbar Sultanzadə DİN-in “İnstagram” səhifəsi vasitəsilə...
Bakı şəhər sakini Şahbar Sultanzadə DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, statusunda yazır ki, mobil telefonunun oğurlanması barədə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edib. Az müddət sonra polis əməkdaşları onu bölməyə dəvət ediblər və tapılmış telefonunu ona qaytarıblar.
Ş.Sultanzadə vətəndaş müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə və 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan Polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.05.05.2021 - Bakı şəhər sakini Aydın Məmmədov DİN-in “İnstagram” səhifəsi vasitəsilə...
Bakı şəhər sakini Aydın Məmmədov DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, statusunda Nəsimi rayonu ərazisində yol hərəkətinin təşkili ilə bağlı müraciətinə operativ reaksiya verildiyini və qısa müddətdə müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edərək DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.05.2021 - Baki şəhər sakini Elmir Mirzəyev polis əməkdaşlarının operativliyi sayəsində...
Baki şəhər sakini Elmir Mirzəyev polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə velosipedini oğurlayan şəxslərin saxlanıldığını, oğurlanmış velospidenin özünə qaytarıldığını qeyd edir.
E.Mirzəyev müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.04.05.2021 - DİN-in “Instagram” səhifəsinin izləyicisi Azər Quliyev səhifə vasitəsilə...
DİN-in “Instagram” səhifəsinin izləyicisi Azər Quliyev səhifə vasitəsilə etdiyi müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə əməkdaşlarına minnətdarlığını bildirir.
04.05.2021 - Bakı şəhər sakini Tağı Əliyev pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə...
Bakı şəhər sakini Tağı Əliyev pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını və müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
04.05.2021 - DİN-in “Instagram” səhifəsinin izləyicisi Anar Quliyev üzləşdiyi problemlə...
DİN-in “Instagram” səhifəsinin izləyicisi Anar Quliyev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır.
O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.04.05.2021 - Zərdab rayon sakini Mehman Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Zərdab rayon sakini Mehman Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
04.05.2021 - Bakı şəhər sakini Real Əlizadə DİN-in “İnstagram” səhifəsi vasitəsilə...
Bakı şəhər sakini Real Əlizadə DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, statusunda yazır: “Ağır xəstəmiz var idi. Yasamal rayonu ərazisində xidmət aparan 99 YP-526 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin əməkdaşlarından kömək istədik. Sağ olsunlar, bizi müşayiət edərək xəstəxanaya vaxtında çatdırdılar. Həmin polis əməkdaşlarına, o cümlədən Azərbaycan Polisinə təşəkkür edirik”.