Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.10.2021 - Vətəndaş Zümrüd Məmmədova “Facebook” sosial şəbəkəsindəki hesabında...
Vətəndaş Zümrüd Məmmədova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan Polisinə təşəkkür postu paylaşıb.
O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.19.10.2021 - Yeni İctimai Nəzarət Təşkilatının Quba rayon sədri Mikayıl Əlicabbarov Daxili...
Yeni İctimai Nəzarət Təşkilatının Quba rayon sədri Mikayıl Əlicabbarov Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsi vasitəsilə ünvanladığı mesajında Quba rayonu ərazisində cinayətkarlıqla qətiyyətli mübarizə apardıqlarına, ictimai asayişin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət etdiklərinə və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşdıqlarına görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
19.10.2021 - Bakı şəhər sakini Vüqar Məmmədov Daxili İşlər Nazirliyinin “Facebook”...
Bakı şəhər sakini Vüqar Məmmədov Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsi vasitəsilə ünvanladığı mesajında barəsində tərtib olunmuş protokolla bağlı müraciətinə operativ baxılmasına, Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
18.10.2021 - Şəmkir rayon sakini Lətif Gülməmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Şəmkir rayon sakini Lətif Gülməmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlə əlaqədar Rayon Polis Şöbəsində aparılan araşdırmalarla bağlı razılığını bildirir, görülən işlərə görə DİN rəhbərliyinə və RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
18.10.2021 - Qazax rayon sakini Əlləz Barıyev üzləşdiyi problemlə əlaqədar etdiyi...
Qazax rayon sakini Əlləz Barıyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Qazax RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
18.10.2021 - Gəncə şəhər sakini İsrafil Məmmədov Vətən Müharibəsi iştirakçısı olan oğlunun...
Gəncə şəhər sakini İsrafil Məmmədov Vətən Müharibəsi iştirakçısı olan oğlunun DİO-da xidmətə qəbul olunmasına görə DİN və Gəncə ŞBPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.
18.10.2021 - Vətən Müharibəsi iştirakçısı Azər Abdullayev müraciətinə operativ baxıldığına...
Vətən Müharibəsi iştirakçısı Azər Abdullayev müraciətinə operativ baxıldığına və müvafiq araşdırma aparılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Goranboy RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
18.10.2021 - Qazax rayon Fərəhli kənd orta məktəbinin müəllimləri DİN rəhbərliyinə...
Qazax rayon Fərəhli kənd orta məktəbinin müəllimləri DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Qazax RPŞ-nin əməkdaşı, polis baş leytenantı Sənan Yusifovdan razılıqlarını bildirirlər.
18.10.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Reyhan Zərbəliyeva itirdiyi...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Reyhan Zərbəliyeva itirdiyi mobil telefonunun tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına səhifə vasitəsi ilə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.