Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.08.2024 - Balakən şəhər sakini Fərid Əbilov
Balakən şəhər sakini Fərid Əbilov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə və Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Göyçay rayon sakini İntiqam Məmmədov
Göyçay rayon sakini İntiqam Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Şəki rayon sakini Aynurə İbadullayeva
Şəki rayon sakini Aynurə İbadullayeva müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.08.2024 - Yevlax rayon sakini Rüzgar Məmmədova
Yevlax rayon sakini Rüzgar Məmmədova müraciətinin müsbət həll olunmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
10.08.2024 - Vətəndaş Samirə Cavadova
Vətəndaş Samirə Cavadova DİN-in “Instagram” sosial şəbəkə hesabına ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini və ona hüquqlarının izah olunduğunu bildirir.
10.08.2024 - Vətəndaş Nizam Rzayev
Vətəndaş Nizam Rzayev DİN-in “Instagram” sosial şəbəkə hesabına təşəkkür mesajı yazıb. O sürücülük vəsiqəsi əldə edən zaman polisin göstərdiyi xoş rəftara görə minnəttarlığını bildirir.
10.08.2024 - Saatlı rayon sakini Rəfail Şahmanov
Saatlı rayon sakini Rəfail Şahmanov DİN-ə ünvanladığı təşəkkür məktubunda ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
10.08.2024 - Bakı şəhər sakini Günel Əfəndiyeva
Bakı şəhər sakini Günel Əfəndiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “Müraciətimdən sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının məsələyə ciddi yanaşması və dərhal müdaxiləsi nəticəsində problem aradan qaldırıldı. Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.
10.08.2024 - Gəncə şəhər sakini Aygül Bağırova
Gəncə şəhər sakini Aygül Bağırova vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.