Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.04.2021 - Sumqayıt şəhər sakini İbrahim Əliyev “instagram” sosial şəbəkəsi vasitəsi ilə...
Sumqayıt şəhər sakini İbrahim Əliyev “instagram” sosial şəbəkəsi vasitəsi ilə yazaraq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində “Covid-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə gücləndirilmiş nəzarət-proflaktiki tədbirlərin həyata keçirdiklərinə görə öz adından DİN rəhbərliyinə təşəkkürünü bildirir. Və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayır.
21.04.2021 - Saatlı rayon sakini Rövşən Ağayev ictimai qaydanın və təhlükəsizliyin təmin...
Saatlı rayon sakini Rövşən Ağayev ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
21.04.2021 - Siyəzən şəhər sakini Raman Sədrəddinov narkotiklərin qanunsuz dövriyyəsinə...
Siyəzən şəhər sakini Raman Sədrəddinov narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan Polisinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
19.04.2021 - Bakı şəhər sakini Rövşən Salmanov müraciətinə həssas yanaşıldığına və...
Bakı şəhər sakini Rövşən Salmanov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə əməkdaşlarına minnətdarlığını bildirir.
19.04.2021 - DİN-in “Facebook” səhifəsinin izləyicisi Fəxrəddin Həsənov səhifə vasitəsilə...
DİN-in “Facebook” səhifəsinin izləyicisi Fəxrəddin Həsənov səhifə vasitəsilə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.04.2021 - Bakı şəhər sakini Tacəddin Babazadə üzləşdiyi dələduzluq faktı ilə bağlı...
Bakı şəhər sakini Tacəddin Babazadə üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “Facebook” səhifəsi vasitəsilə etdiyi müraciətinə həssas yanaşıldığına, operativ baxıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 14-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.04.2021 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Sumqayıt şəhər sakini Nəcəf...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Sumqayıt şəhər sakini Nəcəf Bayramlı səhifə vasitəsi ilə etdiyi müraciətə operativ baxıldığına və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
19.04.2021 - Zərdab rayonunun Alıcanlı kənd sakini Laçın Əsədov Daxili İşlər Nazirliyinə...
Zərdab rayonunun Alıcanlı kənd sakini Laçın Əsədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda fiziki qüsurlu olan övladının müalicəsində göstərilən köməkliyə görə DİN və Zərdab RPŞ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.
19.04.2021 - Əcnəbi vətəndaş Mortaze Seyed Hamed Seyed Abdulhamed oğlu pul borcu ilə bağlı...
Əcnəbi vətəndaş Mortaze Seyed Hamed Seyed Abdulhamed oğlu pul borcu ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətə təşəkkürünü bildirir.