Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Könül Mirzəyeva məktubunda müraciətinə operativ baxıldığını, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. 
O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə özü və ailəsi adından DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Quba  rayon sakini  Fövqiyyə Əkbərova bank kartından pulunun oğurlanması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Şəhid atası olan Ağamiz Şərifov nəqliyyat vasitəsi ilə bağlı olan rüsumlarının Xaçmaz RQİ və TBŞ tərəfindən ödənilməsinə görə DİN rəhbərliyinə və Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba  rayon sakini Oktay Burcəliyev daxili işlər naziri tərəfindən  Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin, müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Quba rayon sakini Arif Əbdurəhmanov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Heydər Heydərov üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Vüsal Qürbətov, Aydın Ağayev və Əlikömək Səfərov öz təşəkkür məktublarında DİN rəhbərliyinin bölgələrdə vətəndaşlarla təşkil olunan görüşləri zamanı qaldırılan məsələlərin operativ qaydada həllini tapmasına, müraciətlərin diqqətlə və həssaslıqla dinlənilərək lazımi köməkliyin göstərilməsinə görə minnətdarlıqlarını ifadə edirlər.

Lənkəran rayon sakini Firdovsi Bəndiyev bank kartından oğurluq edən şəxsin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb olunmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə öz təşəkkürünü bildirir.

Vətəndaş Elvin Bağırov müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv şəkildə baxıldığını bildirir və araşdırmanın gedişindən məmnunluğunu ifadə edir.