Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.07.2021 - Yevlax şəhərində yaşayan, şəhid ailəsi Bəhman Gülmalıyev ailə üzvləri və...
Yevlax şəhərində yaşayan, şəhid ailəsi Bəhman Gülmalıyev ailə üzvləri və rayon ərazisində yaşayan müharibə qaziləri, Qarabağ əlilləri adından Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına, eyni zamanda şəhid və qazi ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, 2 iyul Polis Günü ilə əlaqədar DİN rəhbərliyini və daxili işlər orqanlarının əməkdaşlarını da təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
08.07.2021 - Bakı şəhər sakini Səmayə Rəsulova yol polisi əməkdaşlarından təşəkkür məktubu...
Bakı şəhər sakini Səmayə Rəsulova yol polisi əməkdaşlarından təşəkkür məktubu ünvanlayıb. O yazır ki, iyunun 30-da Şamaxı rayonunda bacısıgildə qonaq olarkən bacısının azyaşlı uşağı oynayan zaman pilləkənlərdən yıxılaraq xəsarət alıb. O, uşağı anası ilə birlikdə öz avtomobili ilə xəstəxanaya aparmalı olub. Yolda Yol Patrul Xidmətinin əməkdaşları onu saxlayıb, lakin vəziyyəti izah etdikdə onlar qadına köməklik göstərib, xəstəxanaya qədər onları müşayiət ediblər. Xəstəxanada uşağı təcili Bakıya aparmalı olduqlarını öyrənib yola düşüblər. Qadın həyəcanlı olduğundan avtomobili idarə etməkdə çətinlik çəkib və bu dəfə Mərəzə qəsəbəsindəki postda yol polisi əməkdaşlarına yaxınlaşaraq onlardan köməklik istəyib. Həmin postda xidmət aparan yol polisi əməkdaşları onun bu vəziyyətini görüb sükan arxasına keçərək onları getdikləri ünvana çatdırıblar.
S.Rəsulova özü və ailəsi adından humanistlik, nəzakətli davranış və yüksək diqqət göstərərək xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Şamaxı RPŞ DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.07.07.2021 - Bakı şəhər sakini Samir Qarayev ona məxsus mobil telefonun itməsi ilə...
Bakı şəhər sakini Samir Qarayev ona məxsus mobil telefonun itməsi ilə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilməsinə və telefonun tezliklə tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi PRİ 5-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkür edir.
07.07.2021 - Şərur rayon sakini, Birinci Qarabağ qazisi, təqaüddə olan polis...
Şərur rayon sakini, Birinci Qarabağ qazisi, təqaüddə olan polis polkovnik-leytenantı Vidadi Həsənov DİN-in A.Heydərov adına Respublika Hospitalının həkim və tibb personalından razılıq edir, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir.
07.07.2021 - Bakı şəhər sakini Teymur Məmmədov ona məxsus velosipedin oğurlanması ilə...
Bakı şəhər sakini Teymur Məmmədov ona məxsus velosipedin oğurlanması ilə əlaqədar etdiyi müraciətə baxılmasına və ona göstərilən diqqətə görə Yasamal Rayon Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edir.
07.07.2021 - Bakı şəhər sakini etdiyi müraciətə operativ və tez bir zamanda baxılaraq...
Bakı şəhər sakini etdiyi müraciətə operativ və tez bir zamanda baxılaraq probleminin həll edilməsinə görə DİN rəhbərliyinə və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
07.07.2021 - “Ekologiya Dünyası” qəzetinin baş redaktoru Natiq Qorxmazov DİN rəhbərliyinə...
“Ekologiya Dünyası” qəzetinin baş redaktoru Natiq Qorxmazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır ki, 05.06.2021-ci il tarixdə ağır vəziyyətdə olan 9 yaşlı Murad Tosif oğlu Məmmədovu valideynləri Lənkəran rayon Mərkəzi xəstəxanasına apararkən avtomobili Ələt-Astara magistralının 213-cü km-də xarab olub. Onlara yaxınlaşan DYPX-nin əməkdaşları yolda dayanmalarının səbəbilə maraqlanıb. Məsələnin nə yerdə olduğunu bilən polis əməkdaşları dərhal xəstə uşağı və valideynlərini xidməti avtomobilləri ilə xəstəxanaya gətiriblər. 9 yaşlı Muradın xəstəxanaya vaxtında çatdırılmasına, göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Lənkəran ŞRPŞ-nin rəhbərliyinə və DYPX-nin əməkdaşlarına qəsəbə sakinləri və öz adından minnətdarlıq edir.
07.07.2021 - Bakı şəhər sakini Səbuhi Hüseynov ona məxsus mobil telefonun oğurlanması ilə...
Bakı şəhər sakini Səbuhi Hüseynov ona məxsus mobil telefonun oğurlanması ilə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilməsinə və telefonun tezliklə tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi PRİ 5-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkür edir.
07.07.2021 - Quba rayon sakini Rəşid Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Quba rayon sakini Rəşid Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.