Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.08.2024 - Vətəndaş Şayəssə Məmmədova
Vətəndaş Şayəssə Məmmədova DİN-in “Facebook” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Vətəndaş Rəşad Məmmədov
Vətəndaş Rəşad Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı etdiyi müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinə dəvət olunduğunu və ona hüquqlarının izah edildiyini qeyd edir və göstərilən köməyə görə təşəkkürünü bildirir.
12.08.2024 - Vətəndaş Anar İbrahimov
Vətəndaş Anar İbrahimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı rayonu ərazisində narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini, bu tədbirlərin təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
12.08.2024 - Vətəndaş Zəminə Həsənova
Vətəndaş Zəminə Həsənova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Vətəndaş Gülanə Məmmədova
Vətəndaş Gülanə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.08.2024 - Vətəndaş Aytəkin Bayramova
Vətəndaş Aytəkin Bayramova müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə özünün və ailəsinin təhlükəsizliyinin təmin olunmasına görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
12.08.2024 - Beyləqan rayon sakini Qismət Quliyev
Beyləqan rayon sakini Qismət Quliyev müraciətinin müsbət həllinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
12.08.2024 - Yevlax rayon sakini Mustafa Mustafayev
Yevlax rayon sakini Mustafa Mustafayev polisin xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yetirməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.08.2024 - Beyləqan rayon sakini Ramal Səmədov
Beyləqan rayon sakini Ramal Səmədov müraciətinə verilən operativ reaksiyaya görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.