Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.09.2026 - Vətəndaş Kamran Alməmmədov
Vətəndaş Kamran Alməmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mənə qarşı baş vermiş dələduzluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət etmişdim. Müraciətimə dərhal və ciddi yanaşılaraq məsələ araşdırılmış, müvafiq tədbirlər görülmüş və mənə dəymiş ziyanın geri qaytarılmasına köməklik göstərilmişdir. Buna görə cənab Nazir, şəxsən Sizə, Nərimanov Rayon Polis İdarəsinin rəisinə, 16-cı Polis Bölməsinin rəhbərliyinə və bütün şəxsi heyətinə dərin təşəkkürümü bildirirəm.
02.09.2026 - Vətəndaş Gülçöhrə Abasova
Vətəndaş Gülçöhrə Abasova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Abasova Gülçöhrə Əlihəsən qızı, özümə məxsus qızıllarımı ala bilmədiyim üçün 9-cu şöbəyə müraciət etmişdim. Hal-hazırda qızıllarım mənə qaytarıldı. Bu səbəbdən Daxili İşlər Nazirliyinin rəhbərinə, eləcə də Səbail RPİ 9-cu Polis Şöbəsinin rəisinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.
02.09.2026 - Vətəndaş Tayfur Novruzov
Vətəndaş Tayfur Novruzov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Tayfur Novruzov Habil oğlu, Milli Parkda saat qülləsinin yanında özümə məxsus pul kisəmi, içərisində olan sənədlərimi və 423 manat pulumu itirmişdim. 27.08.2026-cı il tarixində itirdiyim pul kisəsi bu gün, 28.08.2026-cı il tarixində 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tapılaraq mənə təqdim edildi. Heç bir narazılığım yoxdur. 9-cu Polis Bölməsinin əməkdaşlarına və polislərinə öz təşəkkürümü bildirirəm.
02.09.2026 - Vətəndaş Mehman Şıxməmmədov
Vətəndaş Mehman Şıxməmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 28.08.2026-cı il tarixində Nərimanov rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdım və mənə köməklik göstərilmişdir. Bunun üçün cənab Nazir Vilayət Eyvazova və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm.
02.09.2026 - Vətəndaş Fərid Atakişiyev
Vətəndaş Fərid Atakişiyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 26.08.26-cı il tarixində oğurlanmış velosipedimlə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdim. Müraciətimə göstərilən diqqət və aidiyyəti qurumların həyata keçirdiyi operativ tədbirlər nəticəsində velosipedim tapılaraq mənə qaytarılmışdır. Bu məsələnin araşdırılmasında göstərilən diqqətə, operativliyə və köməyə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə və 24-cü Polis Bölməsinə, bu işdə əməyi olan bütün polis əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm. Polis əməkdaşlarının vətəndaşların hüquqlarının və əmlakının qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirirəm.
02.09.2026 - Vətəndaş Ceyhun İslamov
Vətəndaş Ceyhun İslamov DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat İdarəsinə minnətdarlığını bildirir.
02.09.2026 - Vətəndaş Gülzar Cəmilbəyli
Vətəndaş Gülzar Cəmilbəyli DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
02.09.2026 - Vətəndaş Mehman Qurbanov
Vətəndaş Mehman Qurbanov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılması ilə əlaqədar Suraxanı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
02.09.2026 - Vətəndaş Könül Əkbərova
Vətəndaş Könül Əkbərova etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.