Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nadir Novruzov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ baxıldığını və qısa müddətdə öz müsbət həllini tapdığı üçün Xətai RPİ 36-cı Polis Bölməsinin  əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Gülnar Hüseynova “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində qeyd edir ki, yolda hərəkətdə olan zaman həyat yoldaşının səhhətində qəfil problem yarandı və ərazidəki polis əməkdaşları dərhal köməklik göstərdilər. Bunun üçün Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Reyhan Əliyeva “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində göstərilən diqqətə və operativ fəaliyyətə görə Suraxanı RPİ 31-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nayib Məhtiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edərək operativliyə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.   

Vətəndaş Nahidə Heydərova məktubunda müraciəti ilə əlaqədar aparılan obyektiv araşdırmalara və qısa müddətdə müsbət həllinin təmin edilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Anar Əzizov məktubunda “E-Polis” elektron xidmətlər portalı vasitəsilə etdiyi müraciətinin qısa müddətdə müsbət həllinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Pərvanə Novruzova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar operativ tədbirlərin görülməsinə və qısa müddətdə müsbət həllinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Hünər İbrahimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciəti ilə əlaqədar operativ tədbirlərin həyata keçirildiyini və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN rəhbərliklərinə, həyata keçirilən tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir

Vətəndaş Renat Kazımov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və qısa müddətdə müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.