Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.09.2026 - Vətəndaş Murad Hümbətov
Vətəndaş Murad Hümbətov dələduzluq faktı ilə bağlı müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
02.09.2026 - Bakı şəhər sakini Nina İbrahimova
Bakı şəhər sakini Nina İbrahimova müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.09.2026 - Bakı şəhər sakini Xaliq İbrahimov
Bakı şəhər sakini Xaliq İbrahimov sosial məişət problemlərinin həllində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Şahin Bəşirov
Vətəndaş Şahin Bəşirov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 18.07.2026-cı il tarixdə Xətai rayonu ərazisində baş vermiş və iştirakçısı olduğum avtoqəzanın Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən operativ və ciddi şəkildə araşdırıldığına görə həmin idarənin rəhbərliyinə və cənab Nazir Vilayət Eyvazova dərin təşəkkürümü bildirirəm.
02.09.2026 - Vətəndaş Kamal İsmayılov
Vətəndaş Kamal İsmayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Bildiririk ki, 28.08.2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə etdiyimiz kollektiv müraciətə cənab nazir Süleyman Neymatovun göstərişi ilə dərhal baxılmış və müraciətimiz öz müsbət həllini tapmışdır. Vətəndaş müraciətinə göstərilən operativ münasibətə və məsələnin qısa müddət ərzində həllinə görə cənab nazir, başda Siz olmaqla, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına kollektivimiz adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
02.09.2026 - Vətəndaş Fərid Məmmədov
Vətəndaş Fərid Məmmədov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Məmmədov Fərid Vüqar oğlu, 28.08.2026-cı il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə kollektiv etdiyimiz şikayət ərizəsi ilə bağlı müraciət etmişdim. Müraciətimizə dərhal baxıldı. Cənab Nazir, başda Siz olmaqla bütün şəxsi heyətinizə təşəkkürümüzü bildiririk. Yaşasın Azərbaycan Polisi!
02.09.2026 - Vətəndaş Vüqar Heydərov
Vətəndaş Vüqar Heydərov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 17.08.2026-cı il tarixdə DİN-in 102 xidmətinə müraciət etmişdim. İşimə Naxçıvan ŞPİ-də dəqiq baxıldığı üçün DİN-in rəhbərliyinə Naxçıvan ŞPİ- nin rəisinə minnətdarlığımı bildirirəm.
02.09.2026 - Vətəndaş Rauf Mikayılov
Vətəndaş Rauf Mikayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Mikayılov Rauf Akif oğlu, Nərimanov RPİ- nin 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdim. Müraciətimlə bağlı qısa zamanda polis əməkdaşlarının operativ reaksiyası və peşəkarlığı nəticəsində müraciətimə dərhal baxıldı və məsələ öz həllini tapdı. Buna görə başda cənab Nazirimiz olmaqla Nərimanov RPİ-nin rəhbərliyinə, həmçinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
02.09.2026 - Vətəndaş Ruslan Həmidov
Vətəndaş Ruslan Həmidov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən, Həmidov Ruslan Fərəc oğlu, bildirirəm ki, 24.08.2026-cı il tarixində Ziya Bünyadov prospektində idarə etdiyim avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı məni Nərimanov Rayon Polis İdarəsinə dəvət edərək hadisənin araşdırılmasını apardılar. Aparılan araşdırmadan və polis əməkdaşlarının mənə göstərdiyi diqqət və münasibətdən çox razı qaldım. Vətəndaşa qarşı göstərdikləri diqqətə, obyektiv və peşəkar münasibətə görə başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla, Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm. Belə peşəkar və məsuliyyətli əməkdaşların fəaliyyətini yüksək qiymətləndirirəm.